Teatr və kinoteatrların açılması ilə bağlı rəsmi açıqlama

Teatr və kinoteatrların açılması ilə bağlı rəsmi açıqlama
calendar 14 sentyabr 2021
clock 16:30

“Kinoteatrların, teatr-konsert müəssisələrinin fəaliyyətinin bərpa olunması Mədəniyyət Nazirliyinin, xüsusən mədəniyyət nazirinin şəxsi diqqətindədir”.

Bu barədə Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, pandemiya şərtlərinə əməl edilməklə, kinoteatrların, teatr-konsert müəssisələrinin fəaliyyətinin qismən bərpasına icazə verilməsi ilə bağlı Nazirlik tərəfindən Operativ Qərargaha müraciət ünvanlanıb: “Hazırda davam edən Bakı Caz Festivalının, ötən il onlayn formatda keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının böyük məhdudiyyətlərlə olsa da, bu il canlı keçirilməsinə nail olmuşuq. Hazırkı şəraiti nəzərə alaraq, bu fakt özü ölkə rəhbərliyinin məsələyə verdiyi önəmin bir göstəricisidir.Bu festivallar bizim üçün bir sınaq rolunu oynayır. Belə ki, gedişat uğurlu alınarsa, bu, teatr-konsert müəssisələrinin açılmasına yönəlik müsbət addım olacaqdır”.

Bildirilib ki, teatr və kinoteatrların açılması məsələsində təkcə müəssisələrə yox, eyni zamanda tamaşaçılara da böyük ümidlər bəslənilir: “Onu da deyək ki, teatr-konsert müəssisələrində fəaliyyət göstərən əməkdaşların böyük əksəriyyəti peyvənd olunub. Ümid edirik ki, sıravi vətəndaşların – potensial tamaşaçılarımızın da əksəriyyəti peyvənd olunandan sonra kinoteatrların, teatr-konsert müəssisələrinin fəaliyyəti ənənəvi qaydada bərpa ediləcək. Ümid edirik ki, bu bəla xalqımızın başı üzərindən sovuşar və ölkəmizdə həyat tezliklə öz axarına qayıdar. Amma hələ ki, bu real təhlükə mövcuddur və dövlətimiz ilk növbədə əhalinin sağlamlığını düşünməyə məcburdur”.

# 3835 dəfə oxunub

Oxşar xəbərlər

“Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyada

“Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyada

13:00 1 noyabr 2024
"Mən Feyerbaxam"ın premyerası keçiriləcək

"Mən Feyerbaxam"ın premyerası keçiriləcək

14:30 31 oktyabr 2024
Qazax Dövlət Dram Teatrı Qazaxıstana qastrol səfərinə yola düşüb

Qazax Dövlət Dram Teatrı Qazaxıstana qastrol səfərinə yola düşüb

10:48 31 oktyabr 2024
Falçını zorlayan kişinin faciəsi - Tanrı quşu niyə gəlmədi?

Falçını zorlayan kişinin faciəsi - Tanrı quşu niyə gəlmədi?

12:00 30 oktyabr 2024
“Tanrı quşu gəlmədi” tamaşasının premyerası keçirildi

“Tanrı quşu gəlmədi” tamaşasının premyerası keçirildi

09:28 30 oktyabr 2024
Azərbaycan Qazaxıstanda teatr festivalında təmsil olunur

Azərbaycan Qazaxıstanda teatr festivalında təmsil olunur

12:00 29 oktyabr 2024
menu pen all_news