Teatr Xadimləri İttifaqında Milli Teatr Günü qeyd olundu

Teatr Xadimləri İttifaqında Milli Teatr Günü qeyd olundu
calendar 10 mart 2023
clock 19:00

Martın 10-da Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə İttifaqın səhnəsində Milli Teatr Gününə həsr olunmuş təntənəli tədbir təşkil olunub.

Kulis.az xəbər verir ki, əvvəlcə Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov çıxış edərək milli teatrın yaranma tarixindən danışıb və tədbir haqqında ümumi məlumat verib, eyni zamanda İttifaqın təşəbbüsü ilə təşkil olunan "Baxış – 3” festivalının əhəmiyyətini vurğulayıb.

Bildirilib ki, festivalın keçirilməsində əsas məqsəd 4 ay ərzində laboratoriyalarda məşğul olan gənclərin mənimsədikləri bilik və bacarıqları nümayiş etdirmək, onları yeni axtarışlara ruhlandırmaq və teatr məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaqdan ibarət olub: “Budəfəki festivalda əvvəlkilərdən fərqli olaraq demək olar ki, iştirakçıların böyük əksəriyyəti digər sahələrdə fəaliyyət göstərən teatrsevərlərdir. “Baxış – 3” festivalında “Rejissor”, “Aktyor” və “Eksperimental teatr” laboratoriyalarının işləri təqdim olunub"

# 2174 dəfə oxunub

Oxşar xəbərlər

“Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyada

“Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyada

13:00 1 noyabr 2024
"Mən Feyerbaxam"ın premyerası keçiriləcək

"Mən Feyerbaxam"ın premyerası keçiriləcək

14:30 31 oktyabr 2024
Qazax Dövlət Dram Teatrı Qazaxıstana qastrol səfərinə yola düşüb

Qazax Dövlət Dram Teatrı Qazaxıstana qastrol səfərinə yola düşüb

10:48 31 oktyabr 2024
Falçını zorlayan kişinin faciəsi - Tanrı quşu niyə gəlmədi?

Falçını zorlayan kişinin faciəsi - Tanrı quşu niyə gəlmədi?

12:00 30 oktyabr 2024
“Tanrı quşu gəlmədi” tamaşasının premyerası keçirildi

“Tanrı quşu gəlmədi” tamaşasının premyerası keçirildi

09:28 30 oktyabr 2024
Azərbaycan Qazaxıstanda teatr festivalında təmsil olunur

Azərbaycan Qazaxıstanda teatr festivalında təmsil olunur

12:00 29 oktyabr 2024
Norma
Norma
menu pen all_news