Hikmət Rəhimov: "Qadınlar bu cəmiyyətdə niyə xoşbəxt ola bilmirlər?" - Açıqlama

Hikmət Rəhimov:  "Qadınlar bu cəmiyyətdə niyə xoşbəxt ola bilmirlər?" - Açıqlama
calendar 19 yanvar 2024
clock 16:02

"Bir məkanda tammetrajlı film çəkməyin nə qədər çətin olduğunu bilirik, üstəlik, tamaşaçını darıxmağa qoymamalısan, tamaşaçı sıxılmamalıdır".

Bu sözləri Kulis.az-a açıqlamasında aktyor və rejissor Hikmət Rəhimov deyib.

O, filmində cəmiyyəti uçuruma aparan bir sıra sosial problemlərə toxunduğunu qeyd edib:

“Apatiya” mənim ikinci tammetrajlı filmimdir. Bu layihəni müəyyən dostların dəstəyi ilə reallaşdırmışam. Bu dəfə bəzi problemlərə toxunmuşam: “Qadınlar bu cəmiyyətdə niyə xoşbəxt ola bilmirlər?”, “Sevgisiz böyüyən uşaqlar”, “Narkotikin fəsadları”, “Erkən evlilik”, “ Anormal seksual münasibətlər” və “Ünsiyyətsizlik...” Bir evin, bir ailənin problemləri..."

Gördüyü işdən zövq aldığını deyən rejissor filmin keyfiyyəti ilə bağlı fikirləri tamaşaçıların öhdəsinə buraxır:

"Filmin keyfiyyəti, necəliyi haqqında isə tamaşaçılar danışsa, daha doğru olar. Mən, sadəcə, əminliklə deyə bilərəm ki, aktyorlara doğru-düzgün tapşırıq vermişəm və onlar da bu tapşırıqların öhdəsindən layiqincə gəliblər. Prosesin özündən zövq alıram, inanıram ki, uğurlu film olacaq".

view 2467 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news