Kulis.az Zəfər Günü bayramı münasibətilə "Günün şeiri" layihəsində Rəşad Məcidin "Şuşa" şeirini təqdim edir.
Min şəhər adı var dillər əzbəri,
Adların ən üstün adıdı Şuşa.
Musiqi notudur cüt hecasıyla: Şu-Şa
Dilimin şəhdidir, dadıdı Şuşa.
Ciyərdə nəfəsdir, damarda qandır,
Ruha qanad verən sirli məkandır,
Biri beş edəndir, güc artırandır,
Qoşundur, əsgərdir, ordudur Şuşa.
- Ölkədə kişili-qadınlı hamı "aybaşı"dı - Ulucay Akif
- Adel: "Qulağımı kəsmək istədim"
- Kişilər tualetində siqaret çəkən ofisiant qız - Vüqar Vanın hoqqaları
Qoynuna hər gələn yüz xəyal eylər,
Qıraqda qalanlar qeylü-qal eylər,
Birini coşdurar, birin lal eylər,
Tilsimdir, ovsundur, cadudur Şuşa.
2021