İtə ərə getmək

İtə ərə getmək
calendar 15 sentyabr 2014
clock 11:15

Ötən həftə Hindistanda 18 yaşlı qızı itə ərə veriblər. Utanmaz Qərb mətbuatı da bu it məsələsini şişirdib fil boyda eləyib, səsini atıb başına. Əvvəl şüvənlik salıblar ki, bəs qız azyaşlıdı, qərarı özü verməyib, valideynləri məcbur eləyib. Qızın nəyi azyaşlıdı? İtdən 14 yaş böyükdü.

Dünənə qədər heyvan haqlarından dəm vuran avropalılar insan haqları carçısı olub. Ay nə bilim, insan da itə ərə gedərmi? Niyə getmir?

Hindistanı uzun müddət əsarətdə saxlayan ingilis guya ki, orda inəyə olan hörmətdən xəbərsizdi. Sən orda heyvanın hörmətinə bax, sonra heyvan haqlarından danış. Sənin dilindəki o qurama "heyvan haqqı" sözü onlarda anddı, and. Biz necə and içəndə ürəkdən “Allah haqqı” deyiriksə, hindlilər də inəyə inanır, and içəndə “heyvan haqqı” deyir. İndi bu adamları heyvan haqlarının pozulmasında ittiham eləmək nə qədər düzgündü?

Ay nə bilim, gül kimi qızı niyə itə ərə veriblər... Sizin öz qızlarınızdan xəbəriniz varmı? Hərəsinin əlində bir it, axşama qədər ora gəzirlər, bura gəzirlər, axşam da o iti qucaqlayıb yatırlar.

Hə, hə. İddiaya bax, sən Allah; bəs o qızla itin intim həyatı necə olacaq? Belə lap qəşəng olacaq! Guya xəbəriniz yoxdu öz qızlarınız o itlərə nələr elətdirirlər? Biz şərqlilər sizi də görmüşük! Ey avropalı, ey ingilis, sənin o seks dediyin intim həyatındakı şah pozanın adı “Doqqi stayl” deyilmi? Sən sekslə it kimi məşğul ol, axırda da denən ki, o qızla itin seks həyatı necə olacaq... Sizin kimi. Amma real. "Doqqi stayl", doqquz ay sonra da "doğ stayl"...

Hələ bizim bu yerli qərbmeylli qızların hindliləri lağa qoymasına bax! Ataları bunları eşşəyə, donuza ərə verəndə etiraz eləmirlər, etiraz eləyəndə də uzaqbaşı gedib ayıya aşiq olurlar, indi hindli qızın o itə ərə getməsinə lağ eləyirlər...

Sözüm "pul-zad boş şeydi, əsas sevgidi", nə bilim, "adam kimi adam olsun, kasıb olsa da, adamlığı olsun" deyib ərə gedən qızlaradı: kasıbın günü it günüdü, adam bilib, ərə gedib it günündə yaşamaqdansa, birdəfəlik itə ərə gedin. Ən azı arzularınız puç olmaz...

# 6355 dəfə oxunub

Oxşar xəbərlər

Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

17:25 2 avqust 2024
menu pen all_news