Meksika rəqsi 

Meksika rəqsi 
calendar 11 aprel 2014
clock 16:34

İlqar Rəsul yazır...

Dözməyib oynamağa başladı. Az sonra taksi sürücüsü də ona qoşuldu. Sonra da oğlu. Otaqda onlardan başqa heç kim yox idi. Səssizcə musiqinin ritminə uyğun meymunluq edirdilər. Sanki dayansaydılar ölərdilər. Əyilir, qalxır, qollarını geniş açıb dövrə vurur, yenə əyilib qalxırdılar. Bəzən hətta ocaq kənarında rəqs edən hindular kimi...


Birdən yan otağın qapısı açıldı. Sürücü ilə oğlu özlərini yığışdırdılar. O yox. Qapının səsini də eşitməmişdi sanki. Gözləri yumulu oynamaqda davam edirdi. Həkim gözləmə salonunda ona yaxınlaşaraq-narahat olmayın, xanımın beynində heç bir şiş yoxdur-deyib getdi.

Oynaya-oynaya stula çökdü. Sevinə bilmədi. Əvvəl oğlu onu qucaqlayıb ağladı. Sonra onları qucaqlayıb sürücü başladı. Sonra o özü.....

Mobil telefonun içində taxta gitaranı ağladan qadını ölmüş meksikalı onları görürdü deyəsən, təkrar çalmağa başlamışdı...

İki aydan sonra həkim onun özünü müayinə edirdi. Beynində şiş əmələ gəlmişdi. Qorxudan. Təxminən iki ay əvvəl...

Telefonunda həmin musiqini tapıb açdı. Oynaya-oynaya müayinə otağından çıxdı. Əvvəl oğlu ona qoşuldu. Sonra taksi sürücüsü. Üçü də gülərək meymunluq edirdilər gözləmə otağında.

Xanım stula çöküb ağlamağa başladı. Bilirdi ki, o yalnız çox qorxanda rəqs edir...

# 4285 dəfə oxunub

Oxşar xəbərlər

Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

17:25 2 avqust 2024
menu pen all_news