İsa haqqında filmdən Obamaya oxşayan Şeytanı çıxarıblar

İsa haqqında filmdən Obamaya oxşayan Şeytanı çıxarıblar
calendar 20 fevral 2014
clock 12:41

"Allahın oğlu” Amerika filminin prodüserləri Şeytan obrazının olduğu səhnələri kəsib çıxarıblar. Kulis.Azın xarici mətbuata istinadən verdiyi məlumata görə aktyor zahirən ABŞ prezidenti Barak Obamaya oxşayırmış.

Həyat yoldaşı Mark Bernet ilə filmin prodüserliyini edən Roma Dauninin söylədiyinə görə, “şeytan montaj otağında qalıb”. Onun sözlərinə görə redaktə vacib imiş, çünki iki saatlıq filmdə əsas diqqət İsa obrazında olmalı idi.

Premyerası 2014-cü ilin fevral ayına planlaşdırılan “Allahın oğlu” filmi “History” kanalında yayımlanan “İncil” adlı mini serialın əsasında çəkilib.

Filmin istehsalı ilə Dauni və Bernet məşğul olub. İsanın Şeytanla rastlaşdığı epizod ekranlara çıxandan sonra mətbuat Şeytan rolunu oynayan aktyor Moxamen Mehdi Ouzannin prezident Obamaya bənzəməsi diqqət çəkib.

view 2129 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news