Heminqueyin, Elvis Preslinin model nəvələri - FOTOSESSİYA

Heminqueyin, Elvis Preslinin model  nəvələri - FOTOSESSİYA
calendar 16 avqust 2011
clock 14:45
Modellik karyerası çox vaxt kasıb bir ailənin gözəl qızının kəşf olunması ilə başlayır...

Ancaq bəzən modellik ailədən ayrılıb, özünü sübut etmə vasitəsinə də çevrilir. Məsələn, bir çox məşhurların övladları, nəvələri “ata-baba sənət”ini deyil, modelliyi seçirlər.

Buna ən yaxşı misal, Rolling Stounzun ulduzu Mik Jaggerin model qızı Corcia Mey Jaggerdir. 19 yaşlı Corcia Mey müsahibələrində: “Etiraf edirəm, bircə podiuma çıxanda özümü kiminsə qızı deyil, özüm kimi hiss edirəm” deyir.

Digər maraqlı nümayəndə isə Ernest Heminqueyin nəvəsi Dri Heminqueydir. 23 yaşlı model babasının əsərləri çox sıxıcı hesab edir və üstünlüyü Harry Potter kitablarını oxumağa verir. Uğurlu modellik karyesı olan Heminquey Givenchy, Chanel, Karl Lagerfeld, Calvin Klein, Gucci, H&M, Valentino kimi firmalarla işləyib.

Rok`n`roll ulduzu Elvis Preslinin də nəvəsi Heminqueyin nəvəsindən geri qalmır. Preslinin 22 yaşlı nəvəsi, Lisa Mari Preslinin qızı Rayli Kio podiuma ilk dəfə 14 yaşında Dolce&Gabbananın dəfiləsində çıxıb. Hazırda həm aktrisa, həm də model kimi fəaliyyətini davam etdirir.

Modellik edənlər təkcə qadınlar deyil. Arnold Şvartseneggerlə 25 illik həyat yoldaşı Mariya Şrayverin boşanmasında travma alan 17 yaşlı oğulları Patrik də qurtuluşunu modellikdə görür.

Patrikin Kennedi ailəsinə mənsub anası Mariya Arnold Şvartseneggerin qanundankənar oğlunun meydana çıxması ilə ondan boşandı. Patrik modelliklə yanaşı sahibkarlıqla da məşğuldur.

Günel ƏSGƏRZADƏ
# 1184 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
Norma
Norma
menu pen all_news