Qırmızı tumanlı klassik şairimiz

Qırmızı tumanlı klassik şairimiz
calendar 13 iyul 2012
clock 04:00
O şair Mirzə Şəfi Vazehdir.

Onun haqqında ayrıca bir yazı çap etmişik deyə haqqında geniş danışmıram.

Gəncədə sevgisi uğursuz oldu, sonra Tiflisə köçdü.

Tiflisdə şeirlə sevgili olduğu zamanlar idi.

Bəlkə düşmən idi sevgiyə.

Deyirdi ki, sevənlər mənalı şey yaza bilməzlər.

Vazeh haqqında məlumatları bizə tələbəsi Fridrix Bodenşted çatdırıb.

Fridrix bir gün şairin qəribələşdiyini hiss edir.

Şair deyəsən şeirin özündən zövq almırdı, oxuduğu misralar onun ürəyində
hansısa bir hissi alovlandırırdı, şair dəyişmişdi.

Onun öz-özünə dediyi şeiri eşidir Fridrix.

“Sənin tellərinin ətrini külək Hafizin qəbrinə aparsa onun sakit qəlbindən gözəl güllər baş qaldırar”.

Hafizə adlı bir qız görmüşdü küçədə, ona vurulmuşdu şair.

Evlərini pusmuşdu bir yeniyetmə kimi.

Küçənin sakit vaxtında damda duran Hafizəyə şeir oxumuşdu.

Qonşu qızlar dama çıxmış, Hafizə ona əliylə “get” demiş, Vazeh isə şeiri
badam qabığına büküb ona atmışdı.

Bir anlıq gözünüzün qarşısına gətirin: badam qabığına bükülən şeir...

Necə gözəl görünür...

Sonra bir qadın gəldi, Mirzəyə “mənimlə get” dedi.

Onun evinə getdilər, qadın müjdəni verdi: “Onu Hafizə ilə görüşdürəcəkdi”.

Evə qadın paltarında girməli idilər.

Vazeh qadınla eyni boyda idi, onun qırmızı tumanını geyindi.

Başını şalla örtdü, çadra taxdı.


Qızın yanına gəldi, ona şeirlər oxudu, ona meylli olan qızın ürəyini oğurladı.

Evləndilər...


Bu sualı özümüzə verək:

Sevgilimiz üçün qırmızı tuman geyib başımıza şal bağlaya bilərikmi?

Adətən kişilərin işlətdiyi bu məsəl təhqiramiz mənadadır, “filan işi görə
bilməsəm başıma ləçək bağlayaram”.

Qadınların ikinci sinif insan sayıldığı feodalizm dövrünün kişimərkəzçi
təfəkkürünün məhsuludur.

Lakin elə bu kişimərkəzçi mühitdə bir şair sevgilisini görmək üçün qırmızı
tuman geyinmişdi.

Şairlər balaca tanrılardır, onların öz qanunları, öz qaydaları var...




Qan Turalı
# 1200 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
Norma
Norma
menu pen all_news