Qan TURALI: Kişi kimi etiraf edirəm

Qan TURALI: Kişi kimi etiraf edirəm
calendar 23 iyul 2012
clock 22:57
Bu istilərdə kulisə girib bu yazını açdığınız üçün əvvəlcə təşəkkürlər...

Düzü, bu yazını yazmaqda bircə məqsədim var: bir az sərinləmək.

Bəlkə siz də sərinləyərsiniz...

“Just for laugh” süjetlərində dəfələrlə eyni mövzuya müraciət olunub: açıb-saçıq geyinən, bəzən tamamilə çılpaq olan qadınlara qarşı kişilərin acgözlüyü.

Açığı, bu tipli süjetlər nə qədər gülməli olsa belə mən buna gülə bilmirəm.

Dil qüsuru olan adamın kəkələməsinə gülmək olarmı?

Bu onun qüsurudur.

Eləcə də qadınlara qarşı kişilərin ehtirası doğumdan gələn bir qüsurdur.

Freyd bu ehtiras enerjisini, bu libidonu insan fəaliyyətinin əsas mənbəyi sayırdı.

Ateist Freyddən inanc etibarı ilə fərqli sufilər də insanın kamilləşməsində Freyddən ayrı cür düşünmürdülər, insanın kamilləşməsinin yolunu cinsi enerjinin öldürülməsindən keçdiyini deyirdilər.

Bunun üçün qadını günah bilirdi, qadın sözünü belə tələffüz etmir, əvəzinə uzunsaçlı deyir, Allaha hər namazdan sonra “İlahi, bizi qadın şərrindən qoru” deyə dua edir, evlənmir, qadınlardan hər zaman uzaq qaçırdılar.

Bu cür həyatın onları kamilləşdirdiyinə inanırdılar.

Keçən həftə “Hürriyyət” qəzetində Mehmet Yılmaz Şener Şenə istinadla mərhum bir rejissorun fikrini yazdı: “Qadınlarla sən demə danışmaq da olarmış, artıq xoşbəxtəm”.

Rejissor bu fikri qoca yaşlarında, danışmaqdan başqa əlindən bir iş gəlmədiyi vaxtlarında deyib.

Bəs biz kişilər xoşbəxt olmağın bu yolunu heç sınadıqmı?

Yox, qocalığı gözləməyə dəyməz.

Sədi Şirazidən bir az kobus səslənən bir cümlə deyəcəm: “İşdən düşmüş qoca fahişə tövbə etməyib neyləsin?”

İşdən düşənə qədər bu qüsurumuzla mübarizə aparmaq daha yaxşısı deyilmi?

Bəlkə də kişilər bu qüsurla gözəldir.

Gözüyaşlı sevgililəri, dağınıq yataqları, daşa dəymiş sevgiləri, hər “qüsur”dan sonra evliliyinizdən, sevginizdən düşən kərpicləri saymasaq...
# 2836 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news