AYB qurultayı nə zaman olacaq?

AYB qurultayı nə zaman olacaq?
calendar 27 aprel 2011
clock 16:32
Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayının vaxtı ilə bağlı birliyin funksionerləri-gənclər katibi Rəşad Məcid və mətbuat katibi Ədalət Əsgəroğlu müxtəlif tarixlər verirlər.

Bu qarışıqlığı aradan qaldırmaq üçün həmin funksionerlərdən Kulis.az-a qurultayın vaxtı ilə bağlı açıqlama vermək xahiş etdik.

AYB-nin gənclər katibi Rəşad Məcid dedi ki, AYB-nin qurultayı 2012-ci il aprelin 9-da günorta saat 14.30 –da başlayacaq: “Çünki bölgələrdə keçiriləcək tədbirləri, seçimləri də nəzərə alanda görürük ki, çox vaxt tələb olunur. Ona görə də mən AYB-nin katibi kimi sizə rəsmi məlumat verirəm ki, qurultay dediyim vaxtda olacaq.”

AYB-nin mətbuat katibi Ədalət Əsgəroğlu isə AYB qurultayının 2011-ci ilin sonlarına qədər hökmən keçiriləcəyini deyir: “Əlavə dəyişiklik olsa mən sizə deyərəm. Rəşad Məcid özü uzaq vaxtı götürür ki, sonradan geri çəkməli olmasın.”

Xatırladaq ki, AYB sədri, xalq yazıçısı Anar bizə müsahibəsində qurultayın payız aylarına planlaşdırıldığını demişdi.

Ramilə Qurbanlı
# 1276 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news