Əkrəm Əylislinin tərcüməsində Markes
Nobel mükafatçısı kolumbiyalı yazıçı Qabriel Qarsia Markesin “Gözlənilən bir qətlin tarixçəsi” povesti “Qanun” nəşriyyatında yenidən çap olunub. Markesin bu povestini dilimizə xalq yazıçısı Əkrəm Əylisli çevirib. Bu roman azərbaycan dilində ən yaxşı tərcümələrdən biri sayılır.
“Markesin əsərləri içində məzmunca ən mistik və həm də ən realist olan bu povesti oxucunu heyrətamiz şəkildə gözlənilən faciənin havasına kökləyir. Bəs nə üçün hamı bir nəfər kimi onun qurtulmasını istədiyi halda, heç kimsə bu labüd qətlin qarşısını ala bilmir – hətta qatilin özünün də bu dünyada Nasarı həyatdan məhrum eləməkdən az istədiyi bir şey yoxdur.
Santyaqo Nasarın öləcəyini bilən bütün şəhər əhli qətlin baş verdiyi ana qədər bunu ciddi qəbul eləmir. Elə Nasar özü də hər şeyi bilə-bilə sakitcə onu gözləyən ölümə doğru gedir”.
Kitabın qiyməti 4 manatdır. Kitabı “Qanun” nəşriyyatının özündən və Bakının kitab dükanlarından əldə etmək olar.
Günel ƏSGƏRZADƏ

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi
12:21
17 iyun 2025

Yeni xeber
11:39
17 iyun 2025

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı
12:58
29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli
18:24
21 noyabr 2024

Rakı şüşəsində balıq olmaq istəyən şair
16:34
21 noyabr 2024

Tezer Özlü "Sarı və dumanlı"
14:02
21 noyabr 2024