Həmyerlimizin Fransada və Rusiyada çap olunan romanı Azərbaycanda

Həmyerlimizin Fransada və Rusiyada çap olunan romanı Azərbaycanda
calendar 5 mart 2020
clock 12:54

Fransada fəaliyyət göstərən “Kəpəz” nəşriyyatının rəhbəri, naşir Nicat Kazımovun “Madam Floranın rəngli daşları’’ adlı romanı Bakıda işıq üzü görüb.

Kulis.azın verdiyi xəbərə görə, “Fabula” nəşriyyatında çap olunan kitab 2015-ci ildə fransız dilində “Pantheon’’ nəşriyyat evində, 2016-cı ildə isə rus dilində “Rusiya Hüquqşünasları Mərkəzi’’ndə nəşr edilib.

“Madam Floranın rəngli daşları” müəllifin ikinci romanıdır.

Romanda hadisələr Fransada cərəyan edir. Parisdə yaşayan və nə işə, nə də yaradıcılığa həvəsi olan Lafayet yazmaq üçün Korsika adasına gedir. O, burada iranlı inqilabçı olan qonşusu ilə tanış olur. Əfşar öz həyatını danışdıqdan sonra Lafayet onu mövzu kimi seçir. Romanda sevgilinin həsrəti ilə vətən həsrəti bir-birinə qarışır. Sürprizlərlə dolu süjet faciələr, iztirablar və ülvi amal uğrunda fəda edilən canlarla daha da maraqlı olur

Kitab hazırda “BookZone” mağazalarında satışdadır.

Tezliklə Bakının və Gəncənin digər mağazalarında da olacaq.

# 2975 dəfə oxunub

Oxşar xəbərlər

Həmidə Xanım Cavanşirin çap olunmayan məktubu

Həmidə Xanım Cavanşirin çap olunmayan məktubu

16:50 14 oktyabr 2025
"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
menu pen all_news