Nüsrət Kəsəmənlidən unudulmaz “Xarı bülbül” şeiri

Nüsrət Kəsəmənlidən unudulmaz “Xarı bülbül” şeiri
calendar 11 dekabr 2020
clock 11:07

Kulis.az gündəmi nəzərə alaraq, tanınmış şair Nüsrət Kəsəmənlinin “Yaddan çıxmaz Qarabağ” poemasından İran şahına kəniz verilən Ağabəyim ağanın dilindən yazdığı “Bülbül” rədifli gəraylını təqdim edir.

Ağla, könlüm kimi ağla,
Qəmdən rəngi san bülbül.
Mən ömürdən yanmadım,
Barı sənsə yarı, bülbül.

Qarabağda bağım qaldı,
Neçə şirin çağım qaldı,
Sinəm üstə dağım qaldı,
Necə çalım tarı, bülbül?

Qırov qara telə düşüb,
Sona özgə gölə düşüb,
Bəxtimizə belə düşüb,
Mənnən burda qarı, bülbül.

Sən uç, qon uca budağa,
Bu canım sənə sadağa.
Sənə ki, yoxdu qadağa
Boylan Vətən sarı, bülbül.

Yanıb bağrın qaralmayıb,
Yollarıni qar almayıb,
Qanadın ki, qırılmayıb,
Uç get burdan barı, bülbül,

Bir dürr idim, düşüb itdim,
Ağlayıb nəğmələr ötdüm.
Bu torpaqda nə mən bitdim,
Nə vəfalı "Xarı bülbül"!..

# 24738 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
Norma
Norma
menu pen all_news