Səmadakı ay həmişə şərqlidi... - Həmid Herisçidən yeni şeir

Səmadakı ay həmişə şərqlidi... - Həmid Herisçidən yeni şeir
calendar 15 fevral 2020
clock 11:00

Kulis.az şair-yazıçı Həmid Herisçinin “Koronaviruslu Çin gözəli” adlı yeni şeirini təqdim edir.

Su, yoxxxx...
su, yoxxxx...
gözyaşı...gözyaşı, çox qədimdi...

Təkcə o...yalnız o
sənindi...
qalan nə var, özgənindi...

O...o xəyal striptizindi
neon işartılı bu soyuq kafelərdə...
şampan köpüklərinin surətiylə, cürətiylə
sancıldım gözəlliyinə.
həyatda yox,
nənəmin novrağı sovrulmuş güzgüsündə
başladı bədənsiz stiptizimiz...
bu bizim axır od çərşəmbəmiz...
Orda gördüm necə nar kolunda azıb, çaşıb
sinəsi qanlı sərçəmiz...

Bu tərkedilmiş
şəhərlərdə,
öpüşdük, maskalarımızı atdıq yerə...

Qoy, Nəsibə Zeynalovanın qorxduğu,
küncə soxduğu,
Məşədi Kazımın tünd şəkli,
soyumuş, oturmuş nimdaş təxti,
kimə nə dəxli!
qoy, qovuşdursun sən bədbəxti

şimaldan qopmuş soyuq qəlbimə, bu son qəlpəmə,
bu tənha aysberqimə...
Qaçaq Avropadan, Asiyadan
uzaq Şpisberqenə!
Ağlayım orda
öz bayraqsız qələbəmə...

Sabah səni Janna Dark kimi yandıracaqlar
krematoriyaların cəhənnəm atəşində...
Necə xoşbəxtdik, sevdamızın
bu son gəzintisində...

Alnın, artıq istidi,
sanitarlar çox hirslidi,
bəribaşdan kəfənlidi...
Nollsun...səmadakı ay
həmişə şərqlidi...
sevgililərlədi,

Sevdamız, cəhənnəmlə cənnəti
düymələdi...
Dünyaya artıq gəldi
cəhənnəmin həniri...

# 3216 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news