Toxun mənə, Tanrım

Toxun mənə, Tanrım
calendar 22 may 2013
clock 11:30

Kulis.az yazar Cəlil Cavanşirin yeni şeirini təqdim edir.

H. Albayrağa...

əgər varsansa danış,

sirli-sirli susmağın ümidimi öldürür.

əgər varsansa, bir mesaj at günlərlə susan telefonuma

ya da bir mail yaz...

əgər varsansa şəhərin mərkəzində görüşək,

ya bir çay,

ya bir viski,

ya da cibimizə görə nə varsa...

içək.

əgər varsansa sərxoş ol,

əgər varsansa bir siqaret yandır üzü küləyə....

əgər varsansa başımı çiyninə söykəyim,

əgər varsansa

səsindən ən sərxoş mahnılar dinləyim...

əgər varsansa, Dionis yoxdu demək...

əgər varsansa Afrodita uydurmadı....

əgər varsansa özünə şərab süz,

əgər varsansa...

əgər varsansa, vədələşək

görüşək məscidlərin birində,

istəsən kilsədə

ya da uyğun bildiyin bir sinaqoqda,

sakit bir hücrədə

bir az dünyanın işlərindən,

hurilərindən,

cənnətdən,

müjdələrindən

cəhənnəmdən,

əzabdan

hikkələrindən...

mükafatından danışaq...

elə tənhayam ki, əgər varsansa

bir sevgi şeiri, ya kədərli bir musiqi dinləyib

ağlayaq...

Fələstində, Myanmarda

Suriyada ölən uşaqlara

terrorda öldürülən məsumlara,

toronadoda, zəlzələdə

tələf olanlara

yas saxlayaq...

ya da əgər varsansa

içkimiz bitməsin...

yay gəlməsin...

silahlar səslənməsin,

sevgililər getməsin,

analar qocalmasın,

uşaqlar ölməsin!

əgər varsansa əsməsin bu iyrənc küləklər

əgər varsansa yığışdır müqəddəslik,

ucalıq söhbətlərini...

əgər varsansa çöksün diktaturalar,

dağılsın qanlı rejimlər...

rahatlaşsın yorğun beyinlər,

kədərli ürəklər

Hindistanda səndən daha müqəddəsdir

inəklər...

əgər varsansa çıx get,

rahat yaşasın insanlar,

Sən olan yerdə sükunət

bir də yalançı ümid var...

sənsiz daha xoşbəxt olar,

bu dünya, bu ölkə, bu şəhər...

çıxıb gedəcəyin bir yer yoxdursa

çəkilib özünə yaşa, birtəhər...

əgər varsansa, susma

Danış mənimlə, sakitləşsin ağrım....

əgər varsansa görün,

Toxun mənə,

toxun mənə tanrım!

# 4269 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news