Keçən gecə uyurkən

Keçən gecə uyurkən
calendar 12 iyul 2013
clock 10:05

Kulis.az ispan şairi Antonio Maçadonın “Keçən gecə uyurkən” şeirini Svetlana Turanın tərcüməsində təqdim edir.

Keçən gecə uyurkən

Yuxuma girdi ki – ecazkar bir səhv! –

Ürəyimin içində

Yaz çiçək açır.

Mən dedim: Görəsən hansı gizli yolla,

Su, yanıma gəlirsən?

Heç bir zaman içmədiyim

Yeni həyatın suyu?

Keçən gecə uyurkən

Yuxuma girdi ki – ecazkar bir səhv! –

Düz ürəyimin içində

Bir arı pətəyi var.

Və qızılı arılar

Düzəldirlər ağ şanı

Və şipşirin bal

Köhnə uğursuzluqlarımdan.

Keçən gecə uyurkən

Yuxuma girdi ki – ecazkar bir səhv! –

Odlu-alovlu bir günəş işıqlandırır

Ürəyimin içini.

Odlu-alovluydu, çünki hiss etdim

Sanki soba istiliyini.

və günəş idi, çünki salırdı işıq

yaşardaraq gözlərimi.

Keçən gecə uyurkən

Yuxuma girdi ki – ecazkar bir səhv! –

Ürəyimin içindəki nə isə

Elə Allahın özüdür.

# 1513 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
Norma
Norma
menu pen all_news