Bill Klinton roman yazır

Bill Klinton roman yazır
calendar 12 may 2017
clock 16:07

ABŞ-ın keçmiş prezidenti Bill Klinton amerikalı yazıçı Ceyms Pattersonla müştərək “İtmiş prezident” adlı roman yazır. Kitabın növbəti ilin iyun ayında nəşr olunacağı gözlənilir.

Müəlliflərin sözlərinə görə, kitab intriqa, səhnəarxası qlobal dramlarla zəngindir. Burada oxucular, adətən yalnız prezidentə məlum olan məsələlərdən xəbərdar ola biləcəklər.

Ceyms Patterson söyləyir ki, bir yazıçı kimi onun üçün Ağ evdə nələrin baş verdiyini təfərrüatlarına qədər bilən insanla birlikdə işləmək inanılmaz hadisədir: “Prezident Klintonla birgə iş mənim yaradıcılığımın ən mühüm hadisəsidir. Bu, məxfi məlumatların dəqiq mənbəyinə açılan birbaşa yol, həmçinin, ədəbiyyata verilən nadir töhfədir!”

Mətbuata bu açıqlama yenicə verilsə də, müəlliflər kitab üzərində işləməyə hələ ötən ildən başlayıblar.

Xatırladaq ki, amerikalı yazıçı Ceyms Patterson müstəntiq Aleks Kross haqqında yazdığı silsilə romanlara görə dünya şöhrəti qazanıb. Ötən il “Forbes” jurnalının araşdırmasında onun adı, kitablarından aldığı gəlirə görə, üç ən uğurlu yazıçının sırasında olub. Nəşriyyatın verdiyi məlumata görə, yazıçı kitablarından ildə təxminən 95 milyon ABŞ dolları həcmində qazanc əldə edir. /Aydın yol/

# 1281 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news