“Həqiqət odur ki, kişisizəm mən”

“Həqiqət odur ki, kişisizəm mən”
calendar 14 avqust 2013
clock 11:54

Kulis.Az amerikan şair Lenqston Hyuzun iki şeiri təqdim edir.

50-50

Tək-tənhayam bu dünyada o dedi,

Yatağımı bölüşməyə yoxdur heç kəsim,

Əlimdən tutmağa yoxdur sevgilim,

Həqiqət odur ki,

Kişisizəm mən.

Böyük Oğlan açdı ağzını, dedi:

Dərdin odur ki,

Sənin yoxdur başın!

Əgər olsaydı ağlın, işlətsəydin başını

Olardım mən yanında

Bütün ömrün boyunca.

O soruşdu, bəs nə edim mən onda?

O dedi,

Əvvəl bölüş yatağını,

Sonra pulunu.

Arzuladığım dünya

Arzusundayam elə dünyanın ki, heç bir insan

Başqasına nifrət etməsin,

Sevgi qonsun hər yerə

Hər tərəfi sülh bəzəsin.

Arzusundayam elə dünyanın ki, hamı

Qovuşa bilsin şirin azadlığa,

Xəsislik korlamasın heç bir ürəyi,

Acgözlük qaraltmasın günlərimizi.

Arzusundayam elə dünyanın ki, həm qara, həm ağ,

Hansı irq olursa-olsun,

Dünya nemətini bölüşə bilsin,

Hər kəs özünü azad hiss etsin.

Bədbəxtlik sallasın başın aşağı,

Sevinc isə bir mirvaritək

Çevrilsin bəşərin incisinə.

Bax belə dünyanı mən istəyirəm!

İngiliscədən tərcümə: Svetlana Turan

# 2197 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news