Sabir Yer kürəsi haqda nə yazmışdı?

Sabir Yer kürəsi haqda nə yazmışdı?
calendar 20 fevral 2015
clock 11:13

Son bir neçə gündür media Yerin fırlanması haqqında mübahisələr gedir. Keçən əsrin ilk illərində Mirzə Ələkbər Sabirin yazdığı şeiri polemika üçün aktuallığını nəzərə alaraq çap edirik.

BAKIDA BİR KƏNDDƏ MÜHAVİRƏ

Kəndli:

- Denilir, elm oxuyun, sözləri hər anda bizə,
Bunu təsdiq ediyor ayeyi-Quran da bizə,

Axund:

- Hansı Qurandır о ki, onda yazılmış bu xəbər?
Şiə mollası yazan türkicə quransa əgər,
Mən onun yazdığı qurana yavıq durmayıram,
Maşa ilə yapışıb, əl də belə vurmayıram.

Kəndli:

- Xub, buyur sünni yazan bir neçə təfsiri oxu,
Elmin icabı üçün ondakı təqdiri oxu!

Axund:

- Ox, apar bir yana at sünni yazan təfsiri!
Başına dəysin onun tərcüməsi, təhriri!
Bizlərə molla filankəs yazan asar gərək!
Biz olaq ondakı məzmunə xəbərdar gərək!

Kəndli:

-О yazıb: yer öküzün buynuzu üstündə durur,
Biz gərəkdir inanaq ki, kişi boylə buyurur?!

Axund:

- Buna şübhən də var?

Kəndli:

- Əlbəttə, inanmam bu sözə!

Axund:

-Nələtulla, a gavur, şəkk ediyorsan öküzə?!

# 1148 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news