Ataol Bəhramoğluna fəxri ad verilib

Ataol Bəhramoğluna fəxri ad verilib
calendar 12 fevral 2018
clock 16:30

İstanbul Aydın Universitetinin tərcüməçilik fakültəsinin bölmə rəhbəri, şair Ataol Bəhramoğluna Avropa Elm, İncəsənət və Ədəbiyyat Akademiyasının fəxri üzvü adı verilib.

"MediaBookBub”ın xəbərinə görə YUNESKO tərəfindən dəstəklənən akademiya uzun müddətdir apardığı seçimlərdən sonra bu ada ən çox Bəhramoğlunun layiq olduğuna qənaət gətirib. Üzvlük sənədi ustad şairə Parisdə təşkil edilən təntənəli mərasimdə akademiyanın qurucusu Nikol Lemar Aqaqio tərəfindən təqdim olunub. Bir çox ölkədən qatılan yüzə yaxın şair, elm və incəsənət xadimi arasından bu ada bir də ukraynalı fizik, bu ilin Nobel namizədi olmağa çalışan Oleksandr Karotko layiq görülüb.

Mərasimdə çıxış edərkən "şeir, fəlsəfə və texniki elmlər” arasında qurulan əlaqənin uzunömürlülüyünə diqqət çəkən Ataol Bəhramoğlu "Körpələrin irqi yoxdur” şeirinin fransız dilində tərcüməsini səsləndirərək, minnətdarlığını bildirib.

Məlumat üçün bildirək ki, 1980-ci ildə qurulan Avropa Elm, İncəsənət və Ədəbiyyat akademiyasının əsas hədəfi profil sahələri üzrə çalışan, bu işlərə əmək verənləri bir araya gətirdiyi konfrans və panellərlə Avropa ölkələri arasında yeni bir intellektual-mədəni şəbəkə yaratmaqdır./artkaspi.az/

# 979 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
Norma
Norma
menu pen all_news