Həmid Herisçidən unudulmaz bir şeir

Həmid Herisçidən unudulmaz bir şeir
calendar 22 aprel 2018
clock 14:02

Kulis.az “Bazar oxusu” layihəsindən Həmid Herisçinin “Bu şeir mənim Bayıl zindanında ölümə məhkum olunmuş Əhədlə vidalaşmağımdı…” şeirini təqdim edir.

Qalın müqəddəs kitabları açsaq
onlar düz ortasından açılacaq,
onların ilahi düzgünlüyü ilk dəfə
bax burda üzə çıxacaq,
şairin yediyi dilotunun
hansı çöllərdə bitdiyi də
bu kitablardan anlaşılacaq,
tabut adlanan dördbucaq
bu kitabların hikmətiylə yox olacaq…
biz işdən maaş da almasaq
bizi elə o hikmətlər dolandıracaq…

Əhəd, özün bilirsən,
səni güllələyəcəklər,
hələ meyidinin şəklini çəkib
onu cinayət işinə tikəcəklər,
səni bəlkə şimalın zəhərli mədənlərində
işlədəcəklər….
ancaq, insan gerçək mənada diri olsaydı
o heç vaxt ölməzdi,
bu mənasız aləmin tarlalarında bitən
faniliyin tərəvəzi
ona güc gələ bilməzdi….

Papaqlar bizi göy üzündən,
çəkmələr bizi yer üzündən qorumalıydı,
güllələr səni də, məni də
yerə yıxmamalıydı,
bizim könül dükanlarımızdan
sevgilərin cehizi alınmalıydı,

Əhəd, mən anlayıram, bəlkə ölüm də
bir az həyata oxşamalıydı…

Əhəd, bu şəhərin içində bir- iki ölü şəhər var…
biri Qobustandı, ən qədimi,
o qum altında qaldı,

Səbayıl su altında….

Bayır şəhər, İçəri şəhər, Günəşli….

…Onlar da göy altında basdırılıb…

Əhəd, Əhəd,
səninlə günəş də vidalaşıb…

# 1229 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news