“Tövrat”ı oxumayıb şeir çevirirlər...

“Tövrat”ı oxumayıb şeir çevirirlər...
calendar 4 fevral 2015
clock 17:00

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin dəstəyi və iştirakı ilə Kulis.az saytı “Tərcümə problemlərinin aktuallaşdırılması” adlı layihəyə start verir. Layihənin məqsədi tərcümə sənətinin problemlərini gündəmə gətirmək, bu sahəyə diqqəti artırmaq, mövcud problemlərin aradan qaldırılmasına çalışmaqdır.

Müzakirələr bir neçə paneldə keçiriləcək. Hər panelin müstəqil mövzusu və məruzəçiləri olacaq. “Türk dilindən tərcümə lazımdırmı?”, “Tərcümə sənətinin hazırkı problemləri”, “Müqayisəli tərcümə”, “Fəlsəfi mətnlərin tərcümə problemləri”, “Poetik tərcümənin çətinlikləri”, “İkinci dildən tərcümə problemi” kimi mövzular 6 panelin məruzəçiləri tərəfindən müzakirə ediləcək. Artıq “Türk dilindən tərcümə lazımdırmı?” və “İkinci dildən tərcümə problemi”, “Tərcümə mətinlərinin müqayisəli təhlili” mövzularının müzakirəsi ilə tanış olmusuz.

Bu dəfə “Poeziya nümunələrinin tərcümə çətinlikləri” mövzusu müzakirə olunub.

Şair Zakir Fəxrinin məruzəsini təqdim edirik.

Öz yaradıcılıq təcrübəmdən belə bir qənaətə gəlmişəm ki, ən çətin tərcümə məhz şeir tərcüməsidir...

Şeiri olduğu kimi öz dilinə çevirmək hələ tam tərcümə deyil.

Dilimizə çevrilmiş əksər şeirlərdə görürsən ki, hər şey yerli-yerindədi, – mükəmməl düzülüş, mükəmməl texnika... Di gəl ki, şeir cansız, ruhsuz bədənə bənzəyir – nəfəsi gəlmir, budaqları, kökü qurumuş ağaca bənzəyir. Tövratı, İncili bilmədən metafizik şeirləri çevirəndə şairin mistik düşüncələrini, sətiraltı eyhamlarını, aforizmləri anlamaq çətin olur. Bircə yanlış anlam, şeirin ruhunu başqa ruhla əvəzləyir və məna başqa səmtə yönəlir. Yüksək istedad, mükəmməl mütaliə, anlam olmadan şeiri çevirmək onu dəfn etmək kimi bir şeydi.

Ezta Paund tərcüməni yüksək incəsənət növü, ayrıca bir yaradıcılıq məharəti adlandırırdı. Seçim də başlıca şərtdi – şairin səviyyəsi, kimliyi az rol oynamır.

Çevirdiyin şeirin yaşadığı dövrü, zamanı, ömür yolunu, hansı ovqatda yazdığını hiss etmək, duymaq, bilmək də vacibdi. Öz təcrübəmdən deyirəm – orijinaldan sətri tərcümə... – ardınca o ovqata düşmək, o hissləri yaşamaq, sonra ərsəyə gətirmək adama zülm verir, öz şəxsi yaradıcılığından belə kənarlaşırsan, özünə qayıtmağa aylarla vaxt gərək olur.

Şeir ruhda necə doğulursa, çevirdiyin şeir də eləcə doğulmalıdı, özü də sənin torpağında, sənin dilində – yəni mənsub olduğun xalqın ruhunda...

Şeirlərini çevirdiyin şairin dünyaya dini fəlsəfi baxışlarını da bilməlisən. Ağır işdi...

# 1050 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news