Gənc aşıqların ifaları diskə köçürüləcək

Gənc aşıqların ifaları diskə köçürüləcək
calendar 13 iyul 2018
clock 16:20

İndiyədək bir sıra uğurlu layihələrə imza atan Azərbaycan Aşıqlar Birliyində “Koroğlu havaları” vətənçilik, dövlətçilik və qəhrəmanlıq düşüncəsini daşıyan milli-mədəni dəyərlər kimi” adlı yeni layihənin həyata keçirilməsi istiqamətində iş aparılır.

Bu barədə məlumat verən birliyin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarında Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində respublikamızın müxtəlif guşələrində yaşayan istedadlı aşıqların arasında seçim aparılacaq. Onlardan “Koroğlu havaları”nın ən yaxşı ifaçısı olan 15 nəfər aşıq seçilməsi nəzərdə tutulur.

Seçim zamanı musiqi (aşıq havaları) ilə yanaşı, aşıqların ifa edəcəkləri mətnlərin – qoşma və gəraylıların seçiminə də xüsusi diqqət yetiriləcək. Hər ifaçının ifa edəcəyi aşıq havası və oxuyacağı şeir müəyyən edildikdən sonra onların ifaları studiyada lentə alınacaq. Daha sonra həmin ifalar xüsusi bir CD albom şəklində hazırlanaraq ictimaiyyətə təqdim olunacaqdır.

Artıq SD alboma daxil ediləcək aşıq havalarının müəyyənləşdirilməsi və həmin havaları ifa edəcək aşıqların seçilməsi istiqamətində işə başlanılıb. /azertag.az/

# 1100 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news