"Avanqard" jurnalının mart sayı çap olunub

"Avanqard" jurnalının mart sayı çap olunub
calendar 2 aprel 2015
clock 10:51

"Avanqard" ədəbiyyat və mədəniyyət jurnalının ikinci sayı çap olunub. Jurnalda Aslan Quliyevin “Vəhşi gözəl” romanı, Əlabbasın “Qonaq ehtiyatı”, hekayəsi, Sevinc Elsevərin, Esmira Məhiqızının şeirləri, Nizami Cəfərovun müsahibəsi, Asif Atanın “Bəşərin tarix qaralaması”, Aydın Dadaşovun “Ədəbiyyatdan kinoya”, Sənan Şəfizadənin Adil Mirseyidin avtoportreti haqqında, Elxan Yaqubovun Xocalı faciəsi haqqında məqalələri, Kənan Hacının Anarın povesti haqqında, Həmid Piriyevin Xanəmirin romanı haqqında tənqidi yazıları çap olunub.

Bundan başqa jurnalda Ayişə Nəbinin tərcüməsində Tomas Eliotun şeir haqqında essesi, Ziyad Quluzadənin tərcüməsində Oğuz Atayın “Təhlükəli oyunlar”, Araz Gündüzün tərcüməsində Aleksandr Qrinin” “Oyuncaq” hekayələri, Ariz Tarverdiyevin tərcüməsində isə Kamran Rəsulzadənin şeirləri yer alıb.

Jurnalda həmçinin bugünkü ədəbi proseslə bağlı aparılan sorğu və “Tənqidçilərin seçdiyi və seçə bilmədiyi yazarlar” yazısı da dərc olunub. Jurnalın üz qabığında və arxasında Adil Mirseyidin çəkdiyi rəsmlər verilib.

Jurnalı Kitabevim.az mağazasından (Nəsimi r., Puşkin k., 32, AK center II mərtəbə (28 may metrosu) əldə etmək olar. Qiyməti 3 manatdır.

# 1002 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news