Seçilmiş – Saday Budaqlının yazısı

Seçilmiş – <span style="color:red;">Saday Budaqlının yazısı
calendar 14 dekabr 2016
clock 11:25

Kulis.az Saday Budaqlının “Seçilmiş” yazısını təqdim edir.

Onun haqqında təmtəraqlı sözlər işlətmək istəmirəm. Böyüklüyünə xələl gətirəcəyimdən qorxuram.

Biz özümüzə doğma olanları sevirik. Nə vaxtsa gördüyün üzlər, addımını basdığın yerlər, keçirdiyin hisslər ömürboyu səninlə qalır, özünün də unutduğun, həyatının səndən əvvəlki, ya səndən sonrakı hansısa qatlarından xəbər verən yuxuların kimi səni həmişə təqib edir... sonra bir toxunuş, bir söz, bir baxış bağlı qapılara açar olur və anladıqların, duyduqların içini titrədir.

Hələ lap gəncliyimdə onun şeirləri mənə həmin anları yaşatdı, adını bilmədiyim, üstünü kül basmış hisslərimin bələdçisi oldu, düşüncə dolanbacları məni azdırmadı.

Onun poetik dünyası mənə doğmadı, bu aləmdə heç nə məni sıxmır, sinədolusu nəfəs ala, gözdolusu görə bilirəm, duyğularım daşan çay kimi yatağından çıxır, unamadığı hüdudsuzluğuna heyrətlənir.

Seçilmişlərdən olduğunu özü də bilir. Ona görə yaradanın bu lütfünə xəyanət eləmədi, həyatının kəşməkəşlərində şəxsiyyətini, ləyaqətini qorudu. “Tozunu çırpdığı” sözlərdən özünə elə bir saray qurdu ki, heç bir “kərpic” o birinə bənzəmədi, görənlərin könlünü, ruhunu oxşadı.

O, ilk sevgi kimidi. Üstündən aylar, illər keçsə də həmişə könlümüzdə öz yeri olacaq, heç nə onu unutdura bilməyəcək.

Bu dediklərim 70 yaşını qutladığımız şair Ramiz Rövşən adınadı.

# 925 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
Norma
Norma
menu pen all_news