Xocalıya aid beynəlxalq müsabiqə keçiriləcək

Xocalıya aid beynəlxalq müsabiqə keçiriləcək
calendar 3 fevral 2017
clock 10:50

“Xocalıya ədalət!” beynəlxalq kampaniyası və Avropa Azərbaycan Cəmiyyəti (TEAS) Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar “Xocalı Sülh Mükafatı-2017” incəsənət müsabiqəsinə başlayıb.

Bu il nüfuzlu münsiflər heyətinə parlament üzvü, Böyük Britaniya parlamentinin Azərbaycanla dostluq qrupunun sədri Bob Bləkmən, Böyük Britaniyanın sabiq xarici işlər və birlik məsələləri naziri Baronessa Manzur, Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter daxildir.

Əsərlər dünyada baş verən münaqişələrin sülh yolu ilə həllinin təşviqini, qaçqın və məcburi köçkünlərin acınacaqlı vəziyyətini daha güclü təsvir etməsi baxımından qiymətləndiriləcək. Boyakarlıq, kollaj, qravür işi və ya fotoqrafiyadan istifadə edərək yaddaqalan və zəngin təxəyyüllü əsərlər təqdim edən müəlliflər qalib olacaq. Bütün iştirakçılar Böyük Britaniya parlamentində keçiriləcək və parlament üzvlərinin iştirak edəcəyi mükafatlandırma mərasiminə və sərgiyə dəvət ediləcək.

Qaliblərin adları fevralın 22-də açıqlanacaq.

Birinci yerin sahibinə 500 funt və “Xocalı Sülh Mükafatı-2017”, ikinci və üçüncü yerlərin sahiblərinə isə müvafiq olaraq 300 və 200 funt təqdim ediləcək. /azərtac/

# 1530 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news