Üç dahidən ÜÇ QISA HEKAYƏ

Üç dahidən <span style="color:red;">ÜÇ QISA HEKAYƏ
calendar 27 sentyabr 2017
clock 21:00

Kulis.az dahi müəlliflərdən üç qısa hekayəni təqdim edir.

Hiylə

Anton Çexov

Qədimdə İngiltərədə ölüm cəzasına məhkum olunan cinayətkarların özlərini təcrübə məqsədi ilə anatomlara və fizioloqlara satmaq hüququ vardı. Bu yolla əldə edilən pulu bəziləri içkiyə xərcləyir, bəziləri ailəsinə verərmiş. Qorxunc bir cinayətə görə ölümə məhkum edilən cinayətkarlardan biri bir həkimə xəbər göndərir, uzun və bezdirici bazarlıqdan sonra özünü iki peniyə satmağı bacarır. Amma həkimdən pulu alar-almaz qəhqəhə çəkib gülür.

– Niyə gülürsünüz? – Həkim təəccüblə soruşur.

Cinayətkar deyir:

– Siz məni asılacaq bir məhbus olaraq almısınız. Amma mən sizi aldatmışam! Məni yandıraraq edam edəcəklər. Ha, ha, ha!

Yola düşmək

Frans Kafka

Dərhal tövlədən atımı gətirmələrini əmr etdim. Xidmətçi əmrlərimi anlamadı. Buna görə tövləyə mən özüm getdim, yəhəri atın belinə qoydum və bağladım. Uzaqdan təbil səsi eşidilirdi, xidmətçidən bu səsin nə məna verdiyini soruşdum. Xidmətçi heç bir şey bilmirdi. Onsuz da qanmazın biriydi. Bağçanın qapısından çıxanda yolumu kəsdi və:

– Hara gedirsiniz, ağa? – deyə soruşdu.

– Bilmirəm, – dedim – Sadəcə buradan çölə çıxmaq istəyirəm, yalnız buradan çölə. Yetər ki, buradan çölə çıxım, məqsədimə çatmağımın tək yolu budur.

– Yəni, məqsədinizin nə olduğunu bilirsinizmi? – deyə soruşdu.

– Bəli, – deyə cavab verdim. İndicə dedim axı. Buradan çölə çıxmaq istəyirəm. Məqsədim budur.

Qatil səhifə

Xulio Kortasar

Şotlandiyanın bir əyalətində içində təsadüfi bir səhifəsi boş olan kitablar satılır. Əgər bir oxucu günortadan sonra saat üçdə həmin səhifəyə çatarsa, ölür.

sim-sim.az

# 1059 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news