“Qılınc və qələm” romanı Türkiyədə nəşr olunub

“Qılınc və qələm” romanı Türkiyədə nəşr olunub
calendar 29 iyun 2018
clock 09:42

Yazıçı, şair, dramaturq Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanı iki cilddə çap edilərək türkiyəli oxucuların ixtiyarına verilib.

Mədəniyyət Nazirliyindən bildirilib ki, roman qurumun dəstəyi və “Zengin Yayıncılık” nəşriyyatının təşəbbüsü ilə həyata keçirilən “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsi çərçivəsində çap edilib.

Xatırladaq ki, yazıçının geniş oxucu kütləsi tərəfindən sevilən “Qılınc və qələm” romanında dahi Nizami Gəncəvinin yaşadığı dövr, Azərbaycan ədəbi mühiti hərtərəfli əks olunub. Romanda Nizami Gəncəvi ilə yanaşı, Məhsəti Gəncəvi, Mücirəddin Beyləqani, Əbül-Üla Gəncəvi kimi sənətkarların bədii surətləri yaradılıb. Tarixi sənədliliklə bədii təxəyyülün ustalıqla əlaqələndirildiyi romanda iki qəhrəmanın – Nizami və Fəxrəddinin dialoqlarına geniş yer verilib.

Xatırladaq ki, bu günə qədər layihə çərçivəsində 10 adda Azərbaycan ədəbiyyatı nümunələri çap olunaraq türkiyəli oxuculara təqdim edilib. /azertag.az/

# 1353 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news