Fantast yazıçının yarım əsr öncə verdiyi doğru proqnozlar

Fantast yazıçının yarım əsr öncə verdiyi doğru proqnozlar
calendar 15 sentyabr 2014
clock 10:36

İspaniyanın “El Mundo” nəşri məşhur fantast yazıçı Ayzek Azimovun 1964 cü ildə “The New York Times” qəzetindəki məqaləsində 2014-cü ildə planetimizin taleyi haqda verdiyi proqnozları analiz edib.

Yazıçının 1964-cü ildəki öncə görmələrindən 40 faizi düz çıxıb, 30 faizi hələ reallaşmayıb, daha 30 faizi isə təxmini baş tutub.

Məsələn, Azimov deyirdi: “Aparatlar simsiz də işləyəcək, onlar radioizotop batareyalardan qidalanacaq. Telefonla yalnız danışmayacağıq, eyni zamanda həmsöhbətimizi görə biləcəyik. Həm də onun ekranında sənəd və fotolara baxmaq, kitab oxumaq mümkün olacaq. Orbit peyki sayəsində planetin istənilən yerinə birbaşa zəng etmək olacaq”.

Azimov həmçinin, kiçik hesablayıcı maşınların da peyda olacağını deyib. Amma dəqiqləşdirməyib ki, onu telefon kimi istifadə etmək də mümkün olacaq.

O, mətbəxdə yemək hazırlamaq üçün qurğuların da, havanı tənzimləmək üçü sistemlərin də olacağını qeyd edib.

Müəllif daha sonra Marsa pilotsuz kosmik gəmilərin göndəriləcəyini, 2014-cü ildə ora astronavtlardan ibarət ekspedisiya hazırlanmasını da yazıb. Doğrudan da NASA belə bir ekspedisiya göndərməyi planlaşdırır, amma bu, 2030-cu ildən tez olmayacaq.

Azimov tibb sahəsində ən güclü vacib istiqamətin psixiatriya olacağını, insanların patoloji sıxıntıdan, darıxmaqdan əziyyət çəkəcəyini də deyib.

Qidalanma sahəsində Azimov süni qidanın meydana gələcəyini yazırdı. Xatırladaq ki, 2013-cü ildə süni ətdən ilk hamburger hazırlanmışdı.

# 1309 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news