Qismət Fərid Hüseyn Vaqif Yusifli davasına şeirlə girdi MƏTN

Qismət Fərid Hüseyn Vaqif Yusifli davasına şeirlə girdi <span style="color:red;"> MƏTN
calendar 4 dekabr 2014
clock 11:36

"Mental.it.ət.ot" silsiləsindən milli-mənəvi bir şeir

Bu şeiri ədəbi tənqidin təzəlikcə "Quzğun" adı verdiyi Fərid Hüseyn Quzğuna ithaf edirəm.

Bir səhər yuxudan durub görəsən,
Qəfildən yaxşıca milli olmusan,
Hamıyla, əqrəba elli olmusan,
Qızların yüz qulac telli olubdu,
Sən də ki, bığları enni olmusan.

Bir səhər yuxudan durub qəfildən,
Böyük Füzulini tərs oxuyasan:
"... tale zəbun, düşmən qəvi..."
Sonra milli mənəvi-mənəvi,
Bir lavaşarası dolma yeyəsən,
Bir qımız içəsən "oxqay!" deyəsən,
Düşəsən çox milli-mənəvi hala,
Üz tutub gedəsən avtovağzala,
Bir bilet alasan yola düşəsən-
Ən azı üç min il tarixi olan,
Salyan torpağında balıq yeməyə.

Bizim milli balıqlar,
Hesabdakı qalıqlar,
Gündə bir qab dərd yeyin,
Dərd yeyən tez arıqlar.

Arıqladım, zəiflədim,
Qocalmamış xəriflədim,
Kimi tutdum təriflədim,
Milli mənəvi-mənəvi...

E.Ə. XII əsr, Azıx Mağarası

# 1862 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news