Dünyanın ən çox oxunan şeiri açıqlanıb - Orxan Vəli ikincidir

Dünyanın ən çox oxunan şeiri açıqlanıb - Orxan Vəli ikincidir
calendar 12 iyul 2019
clock 10:50

Dünyanın ən böyük şeir portalı Lyrikline dünyanın ən çox oxunan şairlərini və şeirlərini açıqlayıb.

Kulis.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, 179 ölkədən oxucusu olan sayt 2018-ci ilin iyulu və 2019-cu ilin may ayı arasında olan zamanın statistikasını təqdim edib.

Bu statistikaya görə ən çox şeir oxuyan ölkələr bu ardıcıllıqla sıralanır: Almaniya, ABD, Türkiyə, Böyük Britaniya, Serbiya, Avstriya, İspaniya, İsveçrə, Rusiya, Fransa. Ən az şeir oxunan ölkə isə Burundi Respublikası olub.

Dünyanın ən çox oxunan şeiri statistikasında isə, türk şairi Orxan Vəlinin “Anlatamıyorum” şeiri ikinci olub.

1999-cu ildən bəri yayımlanan Lyrikline bu il 20 yaşını qeyd edir. Saytda 1375 şairin 84 dildə 12312 şeiri, 1805 tərcüməsi və şairlərin öz səsindən şeir oxumaları yerləşdirilib. Berlin Şeir evinin hazırladığı Lyrikline hər il İyulda baş tutan Berlin şeir festivalında redaktorlarını toplayaraq illik statistikanı açıqlayır. Ötən il ən çox oxunan şeir Herman Hessenin “Stufan” şeiri idi.

Qeyd edək ki, portalda Azərbaycana bütün qonşu ölkələr- Gürcüstan, Ermənistan, Rusiya, İran - təmsil olunsa da Azərbaycan siyahıda yoxdur.

# 4861 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news