“Qoyunam və qorxağam, təki qarnım tox, başım salamat olsun”

“Qoyunam və qorxağam, təki qarnım tox, başım salamat olsun”
calendar 11 dekabr 2013
clock 08:45

Bu gün məşhur rus yazıçısı, dissident Aleksandr Soljenitsının ad günüdür.

Kulis.az yazıçının əsərlərindən sitatları təqdim edir:

Bir dəqiqədən istifadə edə bilmirsənsə, bir saatı, bir günü, bir ömrü də boş keçirəcəksən.

Hələ lap qədimlərdən cəsarətsizliyin sonun başlanğıcı kimi qəbul edildiyini söyləməyə ehtiyac varmı?!

Həqiqətə əlavə elədiyiniz hər şey həqiqəti azaldır.

İnsan məzardan dönməz, amma səhvdən dönə bilər.

İdeologiya hər günahı haqlı göstərər.

Öz ruhunu qorumağa təpəri çatmayan adam qoy qabaqcıl baxışları ilə öyünməsin, akademik və ya xalq artisti, əməkdar xadim və ya general olması ilə lovğalanmasın, qoy öz-özünə beləcə də desin: mən qoyunam və qorxağam, təki qarnım tox, başım salamat olsun.

Təhsil ağlı artırmır.

Optimist kimdir: “Ölkədə hər şey pisdir, başqa yerlərdə bundan betərdir, heç olmasa bizdə bir az vəziyyət yaxşıdır, bəxtimiz gətirib”. Və sahib olduqları ilə xoşbəxt olandır. Pessimist kimdir: “Ümumiyyətlə, ölkəmizdə hər şey mükəmməldir, sadəcə təsadüfən bizdə vəziyyət bir az pisdir”.

İş, iki sonluğu olan çubuq kimidir. İnsanlar üçün edəndə keyfiyyətli et, müdir üçün edəndə özünü işləyirmiş kimi göstər.

Dünyada ağıllı insan çoxdur, yaxşı insan azdır.

İki əsas müəmma var: necə doğulmuşam – xatırlamıram, necə öləcəm – bilmirəm.

Müdrik - çox olmayanla kifayətlənəndir.

Həyat xoşbəxt olmaq üçün verilib.

İncəsənət, nə deyil, necədir.

Bir dəli o qədər sual verər, yüz ağıllı ona cavab verə bilməz.

Kamil insana bir ömür bəs edər, axmağa isə sonsuzluq da versən bilməz onunla nə etsin.

İdman – xalqın tiryəkidir. İdman izlətdirərək bizi gic yerinə qoyurlar.

# 4894 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news