Zamanı vəsf edən şeirlər yazılacaq - MÜSABİQƏ

Zamanı vəsf edən şeirlər yazılacaq - <span style="color:red;">MÜSABİQƏ
calendar 27 iyul 2017
clock 13:44

“Mədəniyyət” kanalı və Azərbaycan Yazıçılar Birliyi ədəbi müsabiqə elan edib.

“Mədəniyyət” kanalının direktoru Ramil Qasımovun APA-ya verdiyi məlumata görə, müsabiqəni keçirməkdə məqsəd ölkəmizin müasir iqtisadi-mədəni inkişafının poetik müstəvidə işıqlandırılmasını təmin etmək, eyni zamanda yüksək səviyyəli poeziya nümunələrini geniş tamaşaçı kütlələri arasında təbliğ etməkdir:

“Müsabiqəyə dörd mövzu üzrə - vətənpərvərlik, Azərbaycan bayrağı, doğma Bakı, milli həmrəylik mövzusunda poeziya nümunələri qəbul olunur. Azərbaycan Televiziyası öz fəaliyyətində gənc nəslə vətənpərvərlik, qəhrəmanlıq ideyalarının təbliğini, xalqa, millətə, bayrağımıza, doğma Bakımıza, Azərbaycanımıza hörmət və sevgi hisslərinin aşılanmasını hər zaman əsas missiya kimi öz üzərinə götürür. Yetişməkdə olan gənc nəslin maariflənməsi Azərbaycan Televiziyasının əsas məqsədlərindəndir. Bu baxımdan da belə müsabiqələrin keçirilməsi təqdirəlayiqdir. Müsabiqənin keçirilməsində məqsəd eyni zamanda müasir bəstəkarlar tərəfindən yazılan mahnıların mətnlərini təmin etməkdir. Sonda hər mövzu üzrə 3 şeir nümunəsi ekspertlər tərəfindən qalib elan ediləcək, şeir nümunələrinə mahnılar bəstələnəcək və “Mədəniyyət” kanalı vasitəsilə yayımlanacaq. Bu isə istər poeziya həvəskarlarına, istərsə də musiqisevərlərə Mədəniyyət kanalının bir töhfəsi olacaq. Qalibləri əlavə pul mükafatı da gözləyir”.

Qeyd edək ki, əsərlər kompüterdə yığılmış versiyada 3 nüsxə olaraq “Mədəniyyət” kanalına, [email protected] elektron ünvanına və ya Azərbaycan Yazıçılar Birliyinə təqdim olunmalıdır. Müsabiqəyə əsərlərin qəbulu sentyabrın 10-a qədər davam edəcək.

# 1406 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news