Onda bizim toplanımız var idi – Yeni Şeirlər

Onda bizim toplanımız var idi – <span style="color:red;">Yeni Şeirlər
calendar 10 iyul 2018
clock 16:20

Kulis.az Ruzbeh Məmmədin yeni yazdığı “Klassika şeirləri”ni təqdim edir.

Vaxt var idi, qoyun-quzu güdərdik

Onda bizim toplanımız var idi

Qucaqlardıq dizimizi yağışda

Saatımız günəş, buludlar idi...

Nənəm bizə yağ qoyardı yeməkçün

Tez qaçardıq anamıza deməkçün

Səhər-səhər pendir üçün, çörəkçün

Gözlərimiz ağlar idi, zar idi...

Bayram oldu, pay gələrdi uzaqdan

Qızlar məktub göndərərdi uşaqdan

Əllərimiz balacaydı qaşıqdan

Xəstələnsək dərmanımız nar idi...

Sirrimizi anamıza deyərdik

Atamızı harda gəldi öyərdik

Nə versələr sevinərək geyərdik

Şalvar böyük, köynək bir az dar idi

Kənd-kəsəyin yolu bizi üzərdi

Xəstələnsək bibim deyər: Nəzərdi

Gəlin gedən hər əzaba dözərdi

Çıxıb gəlmək qadın üçün ar idi...

Vaxt var idi qoyun-quzu güdərdik

Onda bizim hər şeyimiz var idi...

***

Nə sən deyən, nə mən deyən olmadı

Neçə-neçə arzu durub qaldı ha...

İndən belə nə dəyişər, bilmirəm

Ürəyimiz ləkə-ləkə xaldı ha...

Təsəllilər göz yaşını qurutdu

Çatan bizi yalan-doğru ovutdu

Qalanlar da gedənləri unutdu

Bizi də ki, ölüm yada saldı ha...

Sən demə ki, həsrətimiz car imiş

Yaşanan da ömür yox e... xar imiş

Nə yaxşı ki, xatirələr var imiş

Nə yaxşı ki, xatirələr qaldı ha...

***

Üzünü yan tutan xanım

Örpəyini yel aparır

Həsrətin yandırdı məni

Gözlərimi sel aparır

Ürək yandı, yaman yandı

Ömür keçir - ömür andı...

Bağrım başı alovlandı

Bədənini tül aparır...

Elə bildim ki, ölmüşəm

Ölmüşəm də, nə ölmüşəm

Axşam yuxuda görmüşəm

Ağ əllərin gül aparır...

# 1655 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news