Sabah Zakir Sadatlının “Əfqanıstan uçurumu” kitabı təqdim olunacaq

Sabah Zakir Sadatlının “Əfqanıstan uçurumu” kitabı təqdim olunacaq
calendar 14 fevral 2013
clock 17:16

Sabah mərhum yazıçı-publisist Zakir Sadatlının “Lent.az-ın kitabxanası” silsiləsindən nəşr edilmiş “Əfqanıstan uçurumu” kitabının təqdimat mərasimi keçiriləcək.

Lent.az-ın verdiyi məlumata görə, “APA-Holdinq”in ofisində keçiriləcək təqdimat mərasiminə Zakir Sadatlının yaxınları və həmkarları da dəvət olunub.

Qeyd edək ki, bundan öncə yanvarın 28-də müəllifin iştirakı ilə “Əfqanıstan uçurumu” kitabının təqdimatının keçirilməsi planlaşdırılsa da, Zakir Sadatlının övladının toy mərasimi və səhhətinin mürəkkəb olması ilə bağlı onun öz xahişi ilə bu təqdimat ertələnib.

Lent.az rəhbərliyi təqdimat mərasimini toydan dərhal sonra təşkil etmək istəsə də, Zakir Sadatlı təqdimat mərasimini fevralın 15-də keçirməyi xahiş edib. Çünki fevralın 15-i sovet qoşunlarının Əfqanıstandan çıxmasının ildönümüdür. Kitab da Əfqanıstan müharibəsi ilə bağlı olduğu üçün Lent.az rəhbərliyi bununla razılaşıb. Lakin Zakir Sadatlı fevralın 5-də vəfat edib. Lent.az rəhbərliyi isə yazıçı-publisistə verilən vədi yerinə yetirməyə qərar verib...

# 3036 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news