İşıqlı yolun yolçuluğu – Zahid Sarıtorpaq yazır...

İşıqlı yolun yolçuluğu – <span style="color:red;">Zahid Sarıtorpaq yazır...
calendar 1 iyun 2017
clock 12:23

Yaxşılığı unudanların pislik edənlərdən heç bir fərqi yoxdu... Həmişə bu qənaətdə olmuşam və bu gün də öz fikrimdə israrlıyam. Çalışmışam heç vaxt yaxşılığı unutmayım, bunun qarşılığını verməyi həmişə özümdə bir kompleks kimi yaşamışam.

...2014-cü ilin yayı idi. Artıq mən uzun illərdi ki, işsizlikdən əziyyət çəkirdim və gözləmədiyim halda Tərcümə Mərkəzinə çağırıldım. O vaxta kimi şəxsi tanışlığım olmayan, əsərlərini oxuyub imzasına sayğı duyduğum, ruhən özümə yaxın bildiyim görkəmli yazıçı Afaq Məsud məni işə qəbul etdi.

Dediyim hadisə (bəli, bu, mənim üçün məhz hadisə idi!) elə bir məqamda baş verdi ki, sözün həqiqi mənasında yaşımın ahıl çağında başımı tamam itirmişdim. Ağlım, şüurum bu dünyanı dərk etməyə can atandan içimin divarlarına döyülmüş “Sən İlahi gerçəklərə inan! O, hər şeyi görən və duyandı...” tilsimi də az qala məni kiridə bilmirdi.

Neyləyəsən, üstümdə böyük bir ailənin yükü, kirayə evlərdə keçən utancverici, acı ömür-gün...

Belə bir məqamda, sözün əsl mənasında o böyük insan durumları heç də mənimkindən fərqlənməyən onlarla qələm adamına dayaq oldu.

İnancıma qısılıb deyirəm: bu, Allahın seçimiydi, Allahın lütfüydü!

Təsəvvür edə bilmirəm, həmin vəzifəyə başqa birisi gəlsəydi necə olardı. İstənilən halda yaradıcı insanlara bu qədər sayğı göstəriləcəyinə, öz ənənələri olan Tərcümə Mərkəzi kimi bir yaradıcılıq ocağının bu qədər uğur əldə edə biləcəyinə inanmıram.

Pozitiv auralı bu insanın yaratdığı yaradıcılıq mühiti hamımıza qol-qanad verdi.

Nədən bunları xatırladım?

İndi bu böyük ürəkli insanın yubileyidir. Klişe var, deyirlər, işçi rəhbərini tərifləsə səmimiyyət itir. Doğrudur. Amma şükür, ədəbi came’mizdə kimin kim olduğunu hamı gözəl bilir.

Hamı da çox gözəl bilir ki, Afaq xanım kimi bir şəxsiyyətin təriflərə ehtiyacı yoxdu. Bu insana Sözlərin ən alisi, ən məsumu, ən durusu ona görə yaraşır ki, ömrünü Sözə həsr edib, həyatın girdablarından Sözlə qol-boyun keçib – Haqq Sözlə!

Odur ki, çox sadə, çox səmimi bir şəkildə deyirəm: təbrik edirəm, ömrünüz uzun, uğurunuz bol olsun!

İnamla, sevgiylə getdiyiniz Haqqın işıqlı yolları Sizi yormasın, böyük ürəkli İnsan!

# 1554 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
Norma
Norma
menu pen all_news