Çılpaq ağacların darıxmağı – Səfurə Çərkəzqızı yazır

Çılpaq ağacların darıxmağı – <span style="color:red;">Səfurə Çərkəzqızı yazır
calendar 17 oktyabr 2017
clock 11:21

Kulis.az Səfurə Çərkəzqızının “Payız düşüncələri” adlı yazısını təqdim edir.

Saralmış yarpaqlar bitmiş sevgilər kimi ömürdən düşürlər…

***

Yağışa çətir tutdum, ağladığımı gördülər…

***

Təbiət sarı rəngi üstünə dağıtdı, payız tablosu yarandı...

***

Payız şərab kimidi. Sərxoşluğu kədər də gətirə bilər, sevinc də.

***

Süpürgəçi “ölmüş” yarpaqları süpürüb yandırır. Şəhərə faniliyin qoxusu yayılır.

***

Darıxıram, çılpaq ağacların yarpaqlarçün darıxdığı qədər...

***

Dünya yağışın dilində danışır...

***

Bütün meyvələr payızın balalarıdı. Amma anasına ən çox bənzəyəni heyvadı.

***

Xəzəl ayağımın altında xışıldayır... Elə bil qocalmış yarpaqlar torpağa gəncliyini, bahar xatirəsini pıçıldayır...

***

...Duyğularımın səhərlər bişirdiyim süd kimi aşıb-daşmağını,

dünyanın pisliyinə çilənən yağmura pəncərədən baxmağı,

sonra “ağlayan” şüşəyə gülüş şəkli çəkməyi,

hiss etməyi, düşünməyi, özləməyi,

darıxmağı payızdan öyrəndim.

Günəşin duvaq altından gülümsəməyini,

meşələrin kəhrəba rəngini,

yarpaqların havada son rəqsini,

çətirimin uçmaq arzusunu,

yağışın saçlarımda muncuq-muncuq işıltısını,

üşüyən əllərimi sevdiyimin ovcunda isitməyi,

sevilməyi payızdan öyrəndim.

Ocaqdakı çaydanın içimə rahatlıq gətirən dızıltısını,

küləyin ruhumu diksindirən,

məni evimə bağlayan vıyıltısını,

qızımın “ana, şaxta babanın gəlməyinə neçə gün qalıb?” sualını,

yun corablarımı, dolabdakı təzə kürkümü,

gündə neçə dəfə öpüşdüyüm fincanımı,

“soğandağ” qoxusunun sözlə söylənməyəcək istiliyini,

doyunca yata bildiyim bazar sabahlarını,

daha nələri...

sevməyi...

payızdan öyrəndim...

# 2337 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news