Əkrəm Əylisli: “"Daş yuxuları" Azərbaycan dilində nəşrə hazırlayıram”

Əkrəm Əylisli: “"Daş yuxuları" Azərbaycan dilində nəşrə hazırlayıram”
calendar 1 fevral 2013
clock 14:17

“Mən hazırda romanı Azərbaycan dilində nəşrə hazırlayıram. Tezliklə roman ana dilimizdə də çapdan çıxacaq”. Bunu kulis.az-a açıqlamasında Xalq yazıçısı Əkrəm Əylisli deyib.

O bildirib ki, ciddi müzakirə mövzusuna çevrilmiş və tənqid olunan “Daş yuxular” romanından imtina etməyib: “Mən romanımdan imtina etməmişəm ki, onu kimsə çap eləsin. Özüm elə indi əsərimi Azərbaycan dilində nəşrə hazırlayıram”.

Ə. Əylisli bu əsəri əslində Azərbaycan dilində yazdığını, rus dilinə də özünün tərcümə etdiyini bildirib. Rusca tərcümə prosesində müəyyən əlavələr etdiyini deyən yazıçı hazırda həmin əlavələri Azərbaycan variantına da köçürdüyünü bildirib.

O qeyd edib ki, əsərini onun icazəsi olmadan tərcümə edib yayacaq şəxs və qurumları məhkəməyə verəcək: “İndi götürüb ürəklərinin istədikləri kimi tərcümə edəcəklər, mənim romanımda olmayan şeyləri mənim adımdan yazacaqlar. Belə bir tərcümə olacaqsa, mən onları məhkəməyə verəcəyəm”.

# 9355 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
Norma
Norma
menu pen all_news