Aşıq Ədalət Qazaxda dəfn olunub – YENİLƏNİB

 Aşıq Ədalət Qazaxda dəfn olunub – <span style="color:red;">YENİLƏNİB
calendar 15 sentyabr 2017
clock 14:23

Aşıq Ədalət Nəsibov dəfn olunub.

Qazaxda yaşayan gənc şair Taleh Mansurun APA-ya verdiyi məlumata görə, Mədəniyyət Evində keçirilən vida mərasimindən sonra aşığın cənazəsi Ağköynək kənd qəbiristanlığına gətirilib və torpağa tapşırılıb.

Dəfn mərasimində Azərbaycan Aşıqlar Birliyinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, görkəmli aşığın ailə üzvləri iştirak edib.

asiq edalet qazaxda defn olunub yenilenib

***

12.56

Qazax Mədəniyyət Evində Aşıq Ədalət Nəsibovla vida mərasimi keçirilir.

APA-nın məlumatına görə, vida mərasimində Azərbaycan Aşıqlar Birliyinin rəhbərliyi, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.

asiq edalet qazaxda defn olunub yenilenib

Vida mərasimindən sonra Aşıq Ədalət vəsiyyətinə uyğun olaraq Qazaxda torpağa tapşırılacaq.

Qeyd edək ki, Aşıq Ədalət sentyabrın 14-də Bakıda vəfat edib.

Aşıq Ədalət uzun müddətdir xəstəlikdən əziyyət çəkirdi.

Ədalət Məhəmmədəli oğlu Nəsibov 1939-cu il yanvar ayının 27-də Qazax rayonunda anadan olub.

Ə. Nəsibov Azərbaycan mədəniyyətini, aşıq sənətini dünyanın bir çox ölkələrində təmsil edib. UNESCO tərəfindən onun ifaları ayrıca lentə alınıb.

Ədalət Nəsibovun aşıq yaradıcılığı sahəsindəki xidmətləri dövlət tərəfindən qiymətləndirilib. O, “Əməkdar İncəsənət Xadimi” fəxri adına və Azərbaycan prezidentinin fərdi təqaüdünə layiq görülüb, haqqında kitablar yazılıb, filmlər çəkilib.

# 1075 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news