Bu, o Ələddin İncəlidir ki... – Məmməd İsmayıl yazır

Bu, o Ələddin İncəlidir ki... – <span style="color:red;">Məmməd İsmayıl yazır
calendar 8 noyabr 2017
clock 15:44

Kulis.az tanınmış şair Məmməd İsmayılın bu gün dünyasını dəyişən Ələddin İncəli haqda yazısnı təqdim edir.

Az öncə yenə ünvanıma Azərbaycandan acı bir xəbər gəldi, həyatımın ən ağır dönəmlərində məndən qardaş qayğısını əsirgəməyən, təmənnasız dəstəyiylə örnək olan Ələddin İ0ncəli dünyasını dəyişib.

Bu, o Ələddin İncəlidir ki, gəncliyimin işsiz çağlarında məni "Qalibiyyət bayrağı" qəzətində işə götürüb...

Bu, o Ələddin İncəlidir ki, haqqımda ilk uğurlu söz yazıb...

Bu, o Ələddin İncəlidir ki, hələ gənc yaşımda özünün rəhbəri olduğu "Ədəbiyyat dərnəyi"nin başına məni gətirib...

Bu, o Ələddin İncəlidir ki, Gədəbəydə keçirilən şeir gecəsinə özü getməyib gedə bilməyim üçün paltosunu mənə geydirib...

Bu, o Ələddin İncəlidir ki, Bakıda qeydiyyatdan keçməyimə kömək edib, məni rayonda baş girləməyə qoymayıb...

Bu, o Ələddin İncəlidir ki, ilk uğurlu şeirlərimdən olan "Ay şair Ələddin, şair dostunun" misrasıyla başlayan "Bir ildir" qoşmamın yazılmasına səbəb olub...

Və bu, o Ələddin İncəlidir ki,

Yanı gah balalalı, gah təkəlidi,

Qorxaqdı, ürkəkdi, səksəkəlidi.

Gözəlik özü də təhlükəlidi

Odur ki, təz tutar bəla ceyranı… - bəndinin yer aldığı qoşmanı yazıb.

Hələ 20 gün bundan öncə Bakıdan telefon açıb Türkiyədə oxuyan nəvəsini tapşırırdı…

Mən isə…

Daha “mən isə”lik bir şəy qaldımı?

Cənnət məkan olasan, əziz dost!

# 1626 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news