Gənc şeirimizin parlaq nümunələrindən biri: “YAD ŞƏHƏRDƏ”

Gənc şeirimizin parlaq nümunələrindən biri: <span style="color:red;">“YAD ŞƏHƏRDƏ”
calendar 21 may 2017
clock 14:00

Kulis.Az “Bazar oxusu” layihəsindən Alik Əlioğlunun “Yad şəhərdə” şeirini təqdim edir.

Səhərlər durub tanımadığımız

Bir şəhərin dar

küçələrini süpürürük, zibilini daşıyırıq

Gecələr

Oyanıb dərisini gün yandırmış

Qıvrım cod saçlı yetim uşaqlara

Ən xoşbəxt şahzadənin nağılını danışırıq...

Kimsə gəlməlidir.

Günlər uzanır və heç kəs gəlmir.

Geriyə baxmaq dəhşətlidir.

Görürsən ki,

İllər öncə qulağını qatar relsinə dirəyib

Qatarın səsini dinləməklə

Uzaqlar arzusunda yaşadığınçün

Səni gətirib uzaqlara atıblar...

Görürsən ki, yiyəsizsən...

Görürsən ki, bu amansız məhəllədə

Günbəgün itlər də yoxa çıxır,

Pişiklər də...

Bilmirsən öldürürlər, ya azdırırlar...

Və sən

Bilmirsən hönkürüb ağlayasan

Ya sadəcə kədərlənəsən...

Elə bir doğma adam gəlməlidir ki,

Onu öpmək yox, qoxlamaq istəyəsən.

Yanında olduğuna əmin olmaq üçün

əlini üzünə qoyub yoxlamaq istəyəsən...

Günlər uzanır. Heç kəs gəlmir...

Və sən bir-bir ölürsən...

# 1026 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news