Səfər çantasında o qızın xəyalı – Malik Atilaydan Yeni Şeirlər

Səfər çantasında o qızın xəyalı – <span style="color:red;">Malik Atilaydan Yeni Şeirlər
calendar 29 mart 2018
clock 13:20

Kulis.az gənc şair Malik Atilayın yeni şeirlərini təqdim edir.

Qələndərsayağı

Dərgahdan qovulmuş qələndər kimi,

Atıb xurcunuma tənhalığımı

Gəzirəm küçə-küçə...

Bu gecə

Şüşəsinə çatlar düşmüş pəncərəni

intihar etməyə çağırır asfalt

Küləklər göylərə aparır otellərdəki

yeniyetmə qızların ağrılarını...

Buludların arxasında gizlənir

bu gecənin əməl dəftərinə

nə yazacaqlarını bilməyən çarəsiz mələklər

Hirsdən, ehtirasdan yanan gecəni

Yağış soyutmaq istəyir

Yağış damlalarıyla sinəsindən vurulur

Müəzzinin yanıqlı səsi

Deyirdi, Abbas kişi

Həyatı əzab içində keçən insanın

ölümü gözəl olmalıdı

İki dünyadan heç olmasa birində

Ədalət olduğuna inanırdı Abbas kişi

Deyirdi, öldüyün zaman

Ən çox qarışqalar və uşaqlar yeməlidir ehsanını

Deyirdi, Qurban olduğum Allah bilir hər işi

Ölümündən bir gün qabaq

Dəli olmuşdu Abbas kişi

Umudun nəğməsi

Gecə növbəsindən çıxıb evinə gələn adam

Oturub bir küncdə dizlərini ovuşdurur

Qurumuş barmaqlarıyla silərək yaşlı gözlərini

Dizlərinin üstündə

Uyutmaq istəyir canındakı ağrıları

Dodaqlarında çeynəyir

Toza-torpağa bulaşmış mahnını

"Yollara göz yaşlarımı səpmişəm

Gözəl günlər gələndə toz olmasın"

Səfər çantası

Getdiyiniz yerlərə

Bir az həsrət aparın ürəyinizdə,

Sinənizdə Xəzər qoxulu bir nəğmə çırpınsın

Ruhunuzu əmanət edin İçərişəhərə

Canınızı götürüb gedin...

Getdiyiniz yerlərə

Bu şəhərdən heç olmasa bircə küçə aparın

Yuxularınızda gəzib dolaşasız deyə

Qara gözləriylə ürəklərə yanğın salan qızın

Xəyalını da qoyun səfər çantanıza

Qürbətdə gecələr ağır olur deyirlər.

# 1090 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news