Sevgilisi ona görə arvadını öldürdü... – Dünyanın İlk Supermodeli

Sevgilisi ona görə arvadını öldürdü... – <span style="color:red;">Dünyanın İlk Supermodeli
calendar 10 may 2018
clock 15:30

Onu “Xanım Manhetten” çağırırdılar...

Ya da ki, Amerikanın Venerası...

Söhbət dünyanın ilk super modelindən gedir...

1910-cu ildə Odri Menson dünyanın diqqətində olan model idi.

Dünyanın ilk super modeli 1891-ci ildə anadan oldu və çox uzun yaşadı.

Düz 104 il.

Ancaq bu 104 ilin 65-ni psixi müalicədə keçirdi...

Çətin həyat yaşadı...

Uşaqlığı yoxsulluqla qucaq-qucağa keçdi.

Nyu-Yorkun ən uzun küçəsi Brodveydə gəzərkən üzünə gülüş qondu.

O zaman Odri Menson məşhur bir fotoqrafla qarşılaşmışdı.

Onda Odrinin 15 yaşı vardı.

Image result for Audrey Munson

Modellik karyerası başladı. Yaxşı da pul qazandı.

Həyatının “qara pişiyi” ilə 1919-cu ildə rastlaşdı.

Odri kirayə mənzil götürdüyü adama vuruldu. Modellə evlənmək istəyən adam da buna görə öz arvadını öldürdü. Odrinin sevdiyi tutuldu, ölümə məhkum olundu və elektrik stuluna oturduldu.

Bu hadisə Odrini gözdən salmışdı. Halbuki modelin bunda heç bir günahı yox idi. Puritanlar (XVI və XVII əsrlərdə Böyük Britaniyada baş vermiş dini hərəkat – red.) onu görmək belə istəmirdi.

Artıq model heç kimin marağında deyildi.

İstənməmək o qədər uzandı ki...

Axırda Odri qabyuyan kimi çalışmağa başladı...

File:Audrey Munson.jpg

Bir zaman gəldi, Odri boğaza yığıldı və özünü öldürmək istədi.

Onu intihardan xilas elədilər.

Ancaq bu intihar cəhdi onun psixikasını zədələdi.

Daha sonrakı həyatı xəstəxana divarları arasında keçəcəkdi...

File:Audrey Munson 3.jpg

Unudulmuş, parlaqlığı sönmüş ulduzu xəstəxanada ziyarət edən atası oldu.

Odri atasını tanımadı.

Ölümünə qədər psixi xəstəxanada qaldı...

Atası ilə birlikdə dəfn olundu.

# 2100 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news