Musa Yaquba şeir həsr edildi - Deyirlər xəstədir...

<b><span style="color:red;">Musa Yaquba şeir həsr edildi  - Deyirlər xəstədir...</b>
calendar 21 may 2018
clock 12:53

Kulis.az Qorxmaz Şıxəlioğlunun “Eşitdim ki, Musa Yaqub xəstələnib” şeirini təqdim edir.

Deyirlər xəstədir, yatır Buynuzda,

Halı yaxşı deyil Musa Yaqubun.

Deyirlər seçilmir yazı payızdan,

Tutulubdur göyü Musa Yaqubun.

Deyirlər əlləri göylərdə qalıb,

Palıdın, cökənin... hər axşam-səhər.

Ağaclar sevgili dostları üçün,

Allaha yalvarıb dua edirlər.

Vəhşi maralların, dağkəlilərin,

Deyirlər yuxusu ərşə çəkilib.

Təkqayada bitən tənha vələsin,

Nigaran gözləri yola dikilib.

Deyirlər İsgəndır quşları bu gün,

Yığışıb Buynuza gəlmək istəyir.

Qartallar əl çəkmir kəndin üstündən,

Şairin halını bilmək istəyir.

Deyirlər oxumur Girdiman çayı,

Daha nəğməsindən qalmayıb nişan.

Əlini qaşının üstünə qoyub,

Babadağ uzaqdan baxır pərişan.

Deyirlər Buynuzda ildırım çaxıb,

Dünən səhər-səhər, söküləndə dan.

Kimsə deyib: “Yəqin Məmməd Arazın,

Ruhu xəbər tutub şair dostundan”.

Deyirlər bir atlı çayı keçirmiş,

Qalacıq tərəfdə, düşəndə toran.

Birdən səs eşidən atlı görüb ki,

Dağlar şeir deyir Musa Yaqubdan.

O cavan atlının gözünə bir an,

Bir qoca görünüb saç-saqqalı ağ.

Qoca söyləyib ki, bu səsin, oğul.

Elə dağlar qədər ömrü olacaq.

# 1486 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news