Professordan Hikmət Hacızadə açıqlaması: “CANIMDAN KEÇMƏYƏ HAZIRAM...”

Professordan Hikmət Hacızadə açıqlaması: <span style="color:red;">“CANIMDAN KEÇMƏYƏ HAZIRAM...”
calendar 20 iyul 2017
clock 17:52

Professor Qorxmaz Quliyev Hikmət Hacızadənin Kulis.az verdiyi müsahibədə Səməd Vurğun haqqında dediyi fikirlərə və bu fikirərə görə ona olan hücumlara müsnasibət bildirib. Kulis.az Qorxmaz müəllimin Facebook profilinə istinadən həmin fikirləri təqdim edir.

“Əlbəttə ki, Hikmət Hacızadənin dedikləri ilə razılaşmıram: total cinayətkar quruluşun bütün günahlarını ayrı-ayrı fərdlərin, özü də epataj vasitələrdən və üsullardan istifadə etməklə, məsələn, Səməd Vurğunun boynuna yıxmaq əlbəttə ki, problemin çözülməsi deyildir.

Məsələni köklü şəkildə həll etmək üçün ağına-bozuna baxmadan bütün arxivləri açmaq (başa düşürəm, təmiz utopiyadır!), zərgər dəqiqliyi ilə bütün faktlara aydınlıq gətirmək lazımdır. Əks təqdirdə insanların heysiyyətinə toxunmaq olar. Ölülərin isə heysiyyətinə qətiyyən toxunmaq olmaz. Ən azı ona görə onlar bizə cavab verə bilmirlər.

Hikmət Hacızadənin sərbəst şəkildə öz fikirlərini ifadə etməsinə gəldikdə, bu toplumun həyatında geriyədönməz proseslərin başlanmasından xəbər verir.

H.Hacızadəyə edilən hücumlara gəldikdə, mən bunu xarici senzuranı "əfkari-ümumiyyə" adı altında bərpa etmək cəhdi kimi dəyərləndirirəm. Fikrimcə senzuranın bircə forması -daxili götür-qoya söykənən iç senzura məqbuldur.

H.Hacızadənin qətiyyən razılaşmadığım fikirlərinə gəldikdə, onları sərbəst şəkildə ifadə edə bilməsi üçün canımdan keçməyə hazıram!

# 1213 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news