“Sülh üçün yataqda”

 “Sülh üçün yataqda”
calendar 16 avqust 2011
clock 11:49
“Bitlz”ın ulduzu Con Lennonun həyat yoldaşı Yoko Ono 1969-cu ildə etdikləri “Sülh üçün yataqda” (“Bed-In”) aksiyası barədə sənədli film təqdim edib.

Yoko Ono 70 dəqiqəlik bu filmi “gənc fəallara cəsarət vermək və ruhlandırmaq” üçün təqdim etdiyini açıqlayıb.

Vyetnam müharibəsi dövründə Con Lennon və Yoko Ono iki həftə yataqdan çıxmayaraq müharibəyə etirazlarını “Sülh üçün Yataqda” aksiyası ilə bildiriblər.

Yoko Ono filmin təqdimatını bu qeydlə edib:

"Əziz dostlar,
1969-cu ildə Con və mən çox sadəlövh idik. “Bed-in”in dünyanı dəyişdirəcəyini düşünürdük.
Yaxşı ki biz etdiklərimizi lentə almışıq. Film indi də aktualdır.
Ola bilsin filmdə dediklərimiz, bu günün aktivistlərinə cəsarət versin, həvəsləndirsin. Hər kəsə uğurlar arzu edirəm.
“Müharibə bitdi” sözlərini unutmayaq. Sülh bizə bağlıdır. Əminəm ki, Con da bunları demək istəyərdi”.

78 yaşlı Ono filmi öz websaytına yerləşdirib. Filmi avqustun 21-ə qədər izləmək mümkündür.

Günel Əsgərzadə
# 1636 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news