Elçin Həmidovun son tamaşası

Elçin Həmidovun son tamaşası
calendar 7 iyun 2011
clock 15:58
İyunun 29-da Azərbaycanın tanınmış aktyoru, əməkdar artist Elçin Həmidovun 53 yaşı tamam olur. Həmin gün aktyorun şərəfinə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında “Hərənin öz ulduzu” (S.Ələsgərov, İ.Məlikzadə) tamaşası nümayiş olunacaq. Mərhum aktyor bu tamaşada uzun illər Nəzir obrazını ifa edib.

Teatrdan Kulis.az-a verilən məlumata görə, tamaşadan öncə teatrın ədəbi hissə müdiri, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə çıxış edərək Elçin Həmidovun yaradıcılığı ilə bağlı tamaşaçılara məlumat verəcək.

Elçin Həmidov 1958-ci ildə anadan olmuş, 1981-ci ildə İncəsənət İnstitutunun Dram-kino aktyoru fakültəsini bitirmişdi. 1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında artist-vokalist kimi fəaliyyət göstərmiş Elçin Həmidov “Boşanaq, evlənərik” tamaşasında İkram, “Qarğa məndə qoz var”da Zərzibonski, “Qızıl gül”də Azay, “Beş manatlıq gəlin”də Nadir, “Özümüz bilərik”də Miriş, “Subaylarınızdan görəsiniz”də Mayıl, “Hərənin öz ulduzu”nda Nəzir, “Nəğməli Könül”də Mustafa, “Səhnədə məhəbbət”də ofisiant, “O olmasın, bu olsun”da Rza bəy, “Talelər qovuşanda”da Potuş rollarını ifa edib.

Qoqolun “Evlənmə” tamaşasındakı Yaishnitsa obrazı mərhum aktyorun səhnədə son rolu oldu. Aktyor 101-ci teatr mövsümündə, 2011-ci il martın 5-də vəfat etdi.

Teatr kollektivi aktyorun xatirəsinə hörmət əlaməti olaraq, iyun ayının 29-da Elçin Həmidovun bu sevimli tamaşası ilə mövsümü yekunlaşdıracaq. Tamaşa Azərbaycan Dəniz Gəmiçiliyi İdarəsinin Mədəniyyət Evində – Xaqani küçəsi 16 ünvanında təqdim olunacaq.

Ramilə Qurbanlı
# 1325 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news