Beynəlxalq Buker Mükafatının qısa siyahısı açıqlandı

Beynəlxalq Buker Mükafatının qısa siyahısı açıqlandı
calendar 3 aprel 2020
clock 10:45


Beynəlxalq Buker Mükafatına əsas namizədlərin adları açıqlandı.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, Beynəlxalq Buker Mükafatının qısa siyahısı açıqlanıb. Buraya müxtəlif ölkələrdən altı müəllif daxil edilib.

On üç nəfərlik siyahıdan seçilən altı müəllif dünya xəritəsinin müxtəlif nöqtələrini təmsil edirlər. Almaniya, Hollandiya, Yaponiya, Meksika, Argentina və İran ölkələrini təmsil edən müəlliflər və əsərlər bunlardır:

Daniel Kelman - "Til"

Şukufa Hazard "Gavalı ağacının maariflənməsi"

Qabriela Kamara - "Çin dəmirinin sərgüzəştləri"

Marika Lukas Reyneveld "Axşam narahatlığı"

Fernanda Melhor "Qasırğa mövsümü"

Yoko Oqava "Yaddaş polisi"

Buker mükafatının Londonda keçirilən ənənəvi təntənəli mərasimi koronavirus səbəbi ilə ləğv edilib. Qalib 19 Mayda elan ediləcəkdir.

Xatırladaq ki, Beynəlxalq Buker Kitab Mükafatı 2004-cü ildə təsis edilmiş və 2016-cı ilə qədər hər iki ildə bir dəfə verilmişdir. Sonradan isə hər il təqdim edilən mükafatın pul ekvivalenti 65 min dollardır. Bu pul ənənəvi olaraq müəllif və tərcüməçi arasında bölüşdürülür.

# 2381 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
Norma
Norma
menu pen all_news