Həkim ssenari müsabiqəsinin qalibi oldu

Həkim ssenari müsabiqəsinin qalibi oldu
calendar 12 iyul 2021
clock 16:39

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında “Qarabağ Azərbaycandır” devizi ilə keçirilən qısametrajlı, tammetrajlı, sənədli və animasiya filmlərinin ssenari müsabiqəsinin nəticələri müəyyən olunub.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev bildirib ki, ssenarilər üzrə yaradılmış münsiflər heyətinin bu tədbirin yekunları ilə bağlı gəldiyi nəticələr müzakirə edilib. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Sədri Şəfiqə Məmmədova bildirib ki, müsabiqəyə 48 ssenari təqdim olunub. Təəssüf ki, müsabiqəyə sənədli film ssenarisi təqdim olunmamışdır. Ssenari müsabiqəsinin münsiflər heyətinə Əməkdar incəsənət xadimi İntiqam Qasımzadə sədrlik edib.

Münsiflər heyətinin üzvləri Əməkdar incəsənət xadimi Ayaz Salayev, Əməkdar incəsənət xadimi Elxan Cəfərov, ittifaqın sədri Şəfiqə Məmmədova və Əməkdar mədəniyyət işçisi Elçin Hami Axundov olub. Münsiflər heyəti ssenarilərin ideya səviyyəsi, dialoqların, mətnlərin üslub və bədii xüsusiyyətləri, ssenarilərin müsbət və mənfi cəhətlərini diqqətə çatdırıblar. Münsiflər heyətinin üzvləri təəssüflə bildirib ki, təqdim olunmuş animasiya filmləri üçün ssenarilərin heç biri ideya səviyyəsinə və aktuallığına görə müəyyən olunmuş tələblərə cavab vermir. Münsiflər təqdim edilmiş ssenarilərə qiymət verilməsində ortaq məxrəcə gələ biliblər və qalib ssenariləri elan ediblər:

  1. Ən yaxşı tammetrajlı film ssenarisi – “Xəzər dalğası”: Rzayev Elnur Vahid oğlu. (Mükafatı - 5000 manat)
  2. Ən yaxşı qısametrajlı film ssenarisi – “Xarı bülbül”: Nəsibli Leyla Eyvaz qızı. (Mükafatı - 3000 manat)

Qeyd edək ki, müsabiqəsinin qalibləri olan Nəsibli Leyla Eyvaz qızı ixtisasca həkim-pediatr, Rzayev Elnur Vahid oğlu isə iqtisadçıdır.

# 1799 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news